Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısının müavini şikayətçiləri generalın qəbuluna buraxmadı

 

Qəbula gələnlər isə Xaçmaz İcra Hakimiyyətinin başçısının müavini Yetkin Mehmanovun xüsusi hazırladığı Xaçmaz sakinləridir

Xeberinfo.com:  Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bu gün Şabran Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək. Qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.Xalq.az-a daxil olan məlumata görə, Xaçmaz rayon icra hakimiyyəti qəbula getmək istəyən Xaçmaz sakinləri üçün ciddi maneələr yaradıb. Belə ki, bir qrup Xaçmaz sahibkarları nazirin qəbulunda düşmək üçün səhər saatlarında yola çıxsalarda ünvana çatmayıblar. Səbəb isə Xaçmazın çıxışında onlar icra hakimiyytinin tapşırığına əsasən DYP əməkdaşları tərəfindən qeyri qanuni yoxlamalarına məruz qalıblar və beləliklə qəbula gecikiblər. Qəbula gələnlər isə Xaçmaz İcra Hakimiyyətinin başçısının müavini Yetkin Mehmanovun xüsusi hazırladığı Xaçmaz sakinləridir. Şikayət etmək istəyən sakinlərdən qəbula gələnlər isə müavinin ciddi reaksiyası ilə qarşılaşıblar. Belə ki, Mehmanov onlara növbəti il keçiriləcək qəbula gəlmələrini tövsiyyə edib.

Yetkin Mehmanovla əlaqə saxlasaq da telefonlarına cavab vermədi.

Redaksiyadan: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam