Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Minsk Prosesi və əlaqəli strukturların bağlanması yekunlaşır -RƏSMİ AÇIQLAMA

ATƏT: Minsk Prosesi və əlaqəli strukturların bağlanması yekunlaşır
ATƏT Minsk Prosesi və əlaqəli strukturların bağlanmasını tamamlayır.

Yenixeber.org: Bu barədə ATƏT-dən sorğumuza cavab olaraq bildirilib..

“1 sentyabr 2025-ci ildə Nazirlər Şurası tərəfindən qəbul edilmiş 1/25 saylı qərara əsasən, Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması ilə bağlı addımlar ATƏT tərəfindən həyata keçirilir”, - məlumatda qeyd edilib.

Vurğulanıb ki, bağlanma 1 dekabr 2025-ci ilə qədər başa çatacaq: “Bu tarixdən sonra Minsk Prosesi və əlaqəli strukturların mandatı çərçivəsində aparılan bütün fəaliyyətlər rəsmi olaraq sona çatacaq”.

Bağlanmanın rəsmi olaraq başa çatdığını elan etmək üçün 1 dekabrda ATƏT tərəfindən bir açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.(apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam