Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

Müğənni bağça müdiri icra başçısının qohumu çıxdı – FOTOLAR

 

1554384-14044136

Qayınanası Ədalət Camalova isə Xırdalan şəhərində yerləşən 2 nömrəli məktəbin direktorudur.

Xeberinfo.com:   Bir neçə gündür ki, müğənni Gülnar Nəbi Çingizin Xırdalan şəhərində yerləşən 17 saylı uşaq bağçasına direktor təyin edilməsi müzakirə olunur. El şənliklərində çıxış edən müğənninin bağça rəhbəri olması birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə isə müğənninin yayılan açıq-saçıq fotoları sərt tənqid olunub. “Qafqazinfo”nun əməkdaşları məsələyə aydınlıq gətirmək üçün bu gün 17 saylı uşaq bağçasında olublar.

Bağça nəzarətçisi xanım müdirin Abşeron rayon İcra Hakimiyyətində iclasda olduğunu bildirib. Daha sonra isə yeni rəhbərin körpələr evində olduğunu diqqətimizə çatdırdılar.

Ünvandan uzaqlaşmadığımızı görən bir qadın özünü direktor müavini kimi təqdim edərək Gülnar Nəbinin məkanda olmadığını, bu barədə danışmaq istəmədiyini söyləyib.

Məlum oldu ki, əslində bağça müdiri iş başındadır, sadəcə köməkçiləri gizlədir. Elə maşını da bağçanın qarşısında idi.

Bağça əməkdaşları isə yayılan fotoların yeni müdirələrinə aid olmadığını, başqa biri ilə səhv salındığını qeyd ediblər.
Mediada yayımlanan fotolardakı Gülnar Nəbi deyil


Gülnar Nəbi Əli Osmanlı adlı iş adamı ilə evlidir. Cütlüyün iki oğlan övladı var.

Günlərdir sosial şəbəkələrdə müzakirə olunan təyinat gözlənilməz deyilmiş. Belə ki, Abşeron rayon icra başçısı İradə Gülməmmədova Gülnar Nəbinin yaxın qohumu imiş.
Qayınanası Ədalət Camalova isə Xırdalan şəhərində yerləşən 2 nömrəli məktəbin direktorudur.

Bu məqamda müğənni müdirin öz fotolarını təqdim edirik:






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam