Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xırdalan məktəblərində 8 Mart yığımı:“Pul verməyənlər cəzalandırılır...”

 

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Bəxtiyar Cəfərov adına Xırdalan 3 saylı məktəb-liseyində 8 mart bayramı ilə əlaqədar şagirlərdən pul yığılır. 

Yenixeber.org:   Bu barədə övladları sözügedən məktəbdə oxuyan valideynlər məlumat veriblər. Onların sözlərinə görə, pul liseyin direktoru Sevinc Əliyevanin göstərişi ilə toplanır:"Sevinc Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir.

Qarşıdan gələn 8 mart günü öncəsi pul yığdırır. Bu proses hər il bütün bayramlar öncəsi gedir. Məktəbdə yığılan pullar Sevinc Əliyevaya çatır. Pullar da onun şəxsi göstərişi ilə yığılır”. 


Valideynlər qeyd edib ki, direktorun istəyi ilə 9-cu siniflərdə hər şagirddən 30 manat, digər siniflərdə isə hər uşaqdan 25 manat məbləğində pul yığılması tələb olunur. 

Şikayətçilər onu da əlavə ediblər ki, direktor Sevinc Əliyeva bayramlarla yanaşı, məktəbin işlərini həll etmək üçün də valideynlərdən pul istəyir: "Məktəbdə hər şey pulla həll olunur. Hətta məktəbə süpürgə, təbaşir və digər ləvazimatlar almaq üçün də bizdən pul istəyirlər. Artıq bezmişik onun əlindən. Buna bir çarə tapılsın”. 

Pul vermədikdə ciddi problemlərlə üzləşdiklərini bildirən valideynlər məsələ ilə bağlı dəfələrlə şikayət etdiklərini söyləyiblər: "İcra hakimiyyətində onu qoruyan adam var, ona görə də şikayətlərimizə baxılmır. Bütün aidiyyəti qurumlar yaxşı bilir ki, Sevinc xanım açıq bazar yaradıb. Pul vermək istəməyən valideyinlər hər cür təhqir olunur, uşaqları mxtəlif formalarda cəzalandırılır. Məsəslən, pis sinifə yazılır, müəllim dərs vaxtı ona diqqət eləmir, necə oxumasından asılı olmayaraq, "əla” qiymətdən birdəfəlik məhrum edilir, məktəbdə təşkil olunan tədbirlərə buraxılmır və.s Bu məhrumiyyətlərlə üzləşmək istəməyənlər isə borc da olsa pul tapıb verirlər”. 

Məktəbin direktor müavini Jalə Məmişova açıqlamasında deyilənlərin yalan olduğunu bildirib: "Mənim elə bir məlumatım yoxdur. Xəbərimiz olan kimi biz məsələni yerindəcə araşdırıb onu təşkil edənlərlə əlaqə saxlayırıq. Həqiqətən mən pul yığılması barədə eşitməmişəm. Əgər belə bir şey varsa, birinci gün məktəbə müraciət edin. Biz də bunu araşdırarıq”. 

Direktor müavini məktəbdə süpürgə və tabaşir pulunun yığılması iddiasına da cavab verib: "Onu kim deyib axı? Bunlar düzgün deyil. Deyilənlərin hamısı boş şeylərdir. İllərdir bizdə elə söhbət yoxdur. Deyilənlərin hamısı məktəbə pulsuz verilir. Bütün siniflərdəki şkafların hamısı təbaşirlə doludur”.(BakiPost.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam