Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

YAP-ın namizədi korrupsiyada ittiham olunur!

                                     

 

Ağdam rayon səhiyyəsi hansı qaydalarla idarə olunur?

“Xeberinfo.com”:  Yeni Azərbaycan Partiyasının 118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizədi Gülnar Abbasovaya qarşı sərt tənqidlər səslənməkdədir. Səbəb isə Gülnar Abbasovanın Ağdam rayon səhiyyə şöbəsinin müdiri olmasından qaynaqlanır. Ağdam rayon sakinləri səhiyyə şöbəsini korrupsiyalaşmış təşkilatlardan birincisi hesab edirlər. Sakinlərin sözlərinə görə, rayonun səhiyyə təşkilatlarında rüşvətxorluq əvvəllər də olub. Ancaq Gülnar xanım bu sahəyə rəhbər təyin olunandan sonra rüşvətxorluq və korrupsiya daha da çiçəklənib. Məlumatlara görə ildə bir neçə dəfə müxtəlif adlarla rayonun tibb personalından pul toplanır. Sonuncu belə hadisə Ağdamın Zərnişanı kəndində tibb işçilərindən 100 manat yığılması ilə bağlıdır. Ağxalatlılar nə qədər etiraz etsələr də baş həkim istəyindən əl çəkməyib. 

Rayondan “xeberinfo.com”a daxil olan məlumata görə baş həkim ştat vahidlərin ikiyə bölərək çoxsaylı ştatlar yaradıb və kiçik tibb baçılarının sayı bunun sayəsində göbələk kimi artıb. Bu isə birbaşa baş həkimin gəlirlərinin artması deməkdir. İddialara görə rayon səhiyyəsinin sifarişi ilə həyata keçirilən alqı-satqı əməliyyatları da formal xarakter daşıyır. Belə ki, Ağdam rayon Səhiyyə Şöbəsinin yarım milyondan artıq dəyəri olan alqı-satqı müqaviləsi bağladığı şirkətlərin tamamailə formal xarakter daşıdığı, bu şirkətin ancaq nağdlaşdırma əməliyyatı üçün istifadə edildiyi iddia olunur. Hazırda Ağdam rayon səhiyyə şöbəsində maliyyə yoxlamasının olduğu da məlumdur. Bu istiqamətdə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Lazımı araşdırmalarla bu məlumatlarla bağlı geniş yazı hazırlayacağıq.

 Rayon sakinlərini  narahat edən isə korrupsiyada adı hallanan baş həkimin deputatlığa namizədliyinin irəli sürülməsidir. Belə iddialar da var ki, Gülnar Abbasovanın namizədliyini irəli sürənlər YAP-ı gözdən salmaq istəyiblər. Hansısa əyalət rayonunda bir partiyanın deputatlığa namizədi əhali arasında ən korrupsioner məmurlardan biri hesab olunursa, demək şübhələr əsassız deyil...

Yeri gəlmişkən Gülnar Abbasovanın seçki prosesi ilə də bağlı maraqlı məlumatlar əldə etmişik. Məlumatlar xanım Abbasovanın inzibati resurslardan yararlanması ilə bağlıdır...

Təəssüf ki, hörmətli Gülnar xanımla telefon əlaqəsi yarada bilsək də suallarımıza cavab ala bilmədik...

 Adil


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam