Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Pensiyaçılara kredit qadağasının səbəbi açıqlandı: "55 MANATA BİR AY DOLANMAQ OLMAZ"

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi pensiyaçılara kredit verilməsinə qadağa qoyulmasının səbəblərini açıqlayıb.

Xeberinfo.com:   Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı ANS TV-yə verdiyi müsahibəsində bildirib ki, söhbət pensiyaçılara kredit verilməsinin tamamilə qadağan olunmasından getmir: «Bu sadəcə kredit portfelində pensiaçıların sayı çox olan banklara edilən tövsiyədir».

Palata rəhbərinin sözlərinə görə, aparılan təhlillər göstərib ki, problemli kreditlərin tərkibində ən həssas qrup olan pensiyaçıların orta aylıq gəliri 160 manat təşkil edir. Onların ödədiyi aylıq ödənişlər isə 105 manat civarındadır. Belə olan halda pensiyaçının öz güzəranı sual doğurur: «Bu o deməkdir ki, hər bir pensiyaçı hər ay qazancının təxminən 67-68 faizini borc müqabilində banka ödəməlidir və 55 manatla özünü təmin eləməlidir. Artıq bəllidir ki, 55 manat insanın bir ay ərzində yaşaması üçün yetərli deyil».

Digər tərəfdən Palatanın araşdırmaları göstərib ki, pensiyaçılar kreditləri çox vaxt özlərinin yox, yaxınlarının ehtiyacı üçün alırlar. Onlar isə ödəniş etmədikcə borc avtomatik olaraq pensiyaçının hesabından tutulur. Bu da onların sosial vəziyyətini pisləşdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam