Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Deputat: "Düşmən məhv edilməlidir"

Milli Məclisin Tərtədən seçilən deputatı Sahib Alıyev cəbhədə baş verən hadisələrə münasibət bildirib.

 

Xeberinfo.com:    Məlumata görə, deputat `Facebook` sosial şəbəkəsindəki hesabında yazıb: 

`Düşmən hər yerdə düşməndir. Hər yerdə düşmənə yanaşma eynidir. O ya təslim olmalı, ya məhv edilməlidir. Ancaq düşmən də var, düşmən də. Bəzən elə düşmən olur ki, onun hərəkəti qarşı tərəfdə hətta rəğbət doğurur. Biz isə elə bir düşmənlə üz-üzəyik ki, rəzilliyi və məkrliliyi ilə ancaq nifrətə və yer üzündən silinməyə haqq edir!”.

S.Alıyev bildirib ki, ermənilər təşviş içindədir: “Bunun üçün onların sosial şəbəkələrədə nələr paylaşdıqlarını izləmək bəs edir ki, vəziyyətin nə yerdə olduğunu tam da olmasa müyyən dərəcədə biləsən. Orada rəsmi qurumlar və şəxslər Azərbaycanın yaydığı xəbərləri verməməyə, cəhbədəki itlikərilə bağlı yazılara qorxulu başlıqlar qoymamağa çağırırlar. Nə qədər texnika və canlı qüvvə itirdiklərini gizlədir, ancaq uşaq ölümündən yazırlar. İtkiləri isə böyükdür”.

“Mövqelərini qoyub qaçıblar. Ən azından havadarlarının təcili hərəkətə keçmələri göstərir ki, işğal alətinin, işalçı yox, bəli, məhz işğal alətinin burunu bu dəfə yaman əzilib. Şokdadırlar”-deyə S.Alıyev vurğulayıb. 

Qeyd edək ki, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib.

Nəticədə Tərtərin Qarağacı kəndinin bir sakini ölüb, digəri isə xəstəxanaya aparılarkən yolda qəzaya düşərək dünyasını dəyişib.

AzVision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam