Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər”

MN rəsmisi: “Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər”

Vaqif Dərgahlı: “Düşmən silah-sursatını, hərbi texnikasını yaşayış məntəqələrində yerləşdirir” 

 

Xeberinfo.com:   Son günlər, o cümlədən ötən gecə cəbhə xəttində baş verənlər erməni barbarlığının əlamətidir. Düşmən açıq şəkildə ancaq yaşayış məntəqələrinə atəş açır, evləri, məktəbləri hədəfə alır. 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bunu musavat.com-a açıqlamasında bildirdi. 
Erməni ordusunun BM-21 reaktiv yaylım atəş sistemlərindən də istifadə etdiyini vurğulayan xidmət rəhbəri bildirdi ki, düşmən ölkə bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur: “Şükürlər olsun ki, həmin silahlardan yaralananlar olmadı. Ancaq bu silahlar dünyada qadağan olunub. Dünya ictimaiyyəti bu məsələyə münasibətini bildirməlidir, ancaq hələ ki, susur”. 
V.Dərgahlı qeyd etdi ki, düşmənin cəbhəboyu aktivləşməsi, həmçinin təmas xəttinə əlavə hərbi texnika və canlı qüvvənin daşınması kimi faktlar ordumuzun nəzarəti altındadır. 
MN sözçüsü erməni ordusunun hücuma keçmək üçün fürsət gəzdiyini də istisna etmədi: “Düşməndən hər şey gözləmək olar. Hərbi əməliyyatlar hər an yenidən başlaya bilər. Biz bunun tərəfdarıyıq ki, atəşkəsə əməl edilsin. Amma təbii ki, düşmənin təxribatlarının qarşılığında cavab atəşi açmağa məcburuq”. 
V.Dərgahlı erməni tərəfinin guya Azərbaycanın mülki obyektləri hədəfə alması barədə iddialarını da cavablandırdı: “Düşmən silah-sursatını, hərbi texnikasını yaşayış məntəqələrində yerləşdirir. Biz də onların atəşinə cavab verəndə iddia edirlər ki, guya Azərbaycan mülki obyektləri, yaşayış məntəqələrini atəşə tutur. Biz dəfələrlə bəyan etmişik, onların yalnız hərbi obyektlərinə zərbələr endiririk”.   

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam