Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatlar əlillik dərəcəsinin verilməsi sahəsindəki vəziyyəti tənqid edib

 

“2013-2017-ci illər respublika üzrə 100 minə yaxın əlil artıb. Əlilliyin artması Bakı üzrə 20 mindir. Əlillik dərəcələrinin elektron qaydada verilməsi çox yaxşı oldu. Bu, elə tətbiq olunmalıdır ki, bu sahədə şəffaflıq olsun”

Yenixeber.org: Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rauf Əliyev deyib.
“Əgər, doğrudan da, hansısa şəxs əlildirsə, ona əlillik dərəcəsi təyin edilməlidir. Biz buna nail olmalıyıq” - deyə R.Əliyev əlavə edib.
Deputat Musa Quliyev də bu sahədə şəffaflığın olmasının vacibliyini vurğulayıb: “Əlilliyi olmayan insana əlillik dərəcəsi təyin etmək bir cinayətdirsə, əlil olan insana əlillik pensiyası təyin etməmək 5 qat cinayətdir. Biz bunun üzərində düşünməliyik. Şikayət daxil olur ki, onkoloji diaqnozla əlillik dərəcəsi təyin edilmir, təkrar müayinəyə göndərilir, növbəti müayinə dövrünə qədər də həmin insan dünyasını dəyişir. Hətta elə hallar olur ki, bir gözünü itirən insana cavab verirlər ki, əlavə müalicəyə ehtiyacı var. Normalda bu insana ömürlük 3-cü qrup əlillik dərəcəsi təyin edilməlidir. Tibbi sosial ekspert komissiyalarında çalışan həkimlərin ixtisaslarına baxılmalıdır, bəlkə də, onların heç biri son 20 ildə ixtisas kurs keçməyiblər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam