Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

İcra başçısı sahibkarın obyektini başına uçurdu - FOTOLAR

 

İcra başçısı pul qazanmağın «optimal» yolunu tapıb, Sumqayıtda iş adamlarına qarşı «Səlib Yürüşü» başlayıb
Xeberinfo.com:   Məlumata görə, Eldar Əzizovun bütün yerləri satması və hazırda yeni obyektlərin tikilməsi üçün heç bir imkanın olmaması icra başçısını fərqli vasitələrə baş vurmağa məcbur edib. 

Jam.az-a müraciət edən Sumqayıt şəhər sakini, sahibkar İlham Əbilov bildirir ki, onun 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsi 62 ünvanında yerləşən aptekini sökmək üçün dünən buldozer göndəriblər. Bütün sənədləri qaydasında olsa da, sahibkardan obyektini təhvil verməsini və oradan çıxmasını tələb edirlər. 

Onun bildirdiyinə görə, dünən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti İdarəsinin işçiləri gələrək, obyektin boşaldılmasını tələb ediblər. «Mən oradan çıxmayacağımı dedim. Lakin hədələdilər ki, çıxmasam belə, aptekin binasını uçuracaqlar. Artıq aptekin işığı kəsilib, binanın bir hissəsi isə uçurulub». 

İlham Əbilov qeyd edir ki, obyektinin sökülməsinə etiraz olaraq, özünü otağa qapadıb. «Hazırda obyekti bağlayıb, içəridə oturmuşam. Bunlarsa tikilini başıma uçuracaqlarını deyirlər. Ölsəm də, buradan çıxmayacam. Qanuni haqlarımı tələb edirəm». 

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq. 


 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam