Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sahibkar icra başçısını məhkəməyə verdi


 

Rayon rəhbəri obyektini sökdürdüyü iş adamından məhkəmə iddiasını geri götürməyi tələb edir...

 

"Xeberinfo.com":  “İcra başçısı mənə təzyiq edir. Rövşən Bağırov məni çağırıb hədə-qorxu gələrək tələb edir ki, məhkəmə iddiasını geri götürək. İcra başçısı bildirir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevlə, ədliyyə naziri Fikrət Məmmədovla şəxsən danışmışam, qoymaram ki, məhkəmə iddiası təmin olunsun. Deyir ki, onlar mənim dostumdur”.

Məlumata görə, bu sözləri Lerikdən olan sahibkar Elman Məmmədovun qardaşı Aydın Məmmədov “Yeni Müsavat”a bildirib. Onun sözlərinə görə, qardaşı rayonun başçısı Rövşən Bağırovu əmlakını sökdürdüyü üçün məhkəməyə verib və bu məsələni qəzetimizdə ictimailəşdirəndən sonra ailəyə təzyiqlər başlanıb. İcra başçısı sahibkarın qardaşı ilə Bakıda görüşüb və onu məhkəmə iddiasını geri götürmək tələbi ilə hədələyib: “Bizim prezidentdən başqa ümid yerimiz qalmır. İcra başçısı məhkəmə sədriniə tapşırıq verirsə, onda bu ölkədə niyə yaşayırıq? Rövşən Bağırov dedi ki, 2010-cu ildə bizim iddiamızı təmin edən hakim Nizami Hümbətovu işdən çıxartdırıb. Bu, necə məhkəmədir ki, icra başçısının sözü ilə oturub-durur? Bizi o həddə çatdırıblar ki, Azərbaycan vətəndaşlığından imtina edək”.
A.Məmmədov daha sonra qeyd edib: “Mənə deyir ki, məhkəmə iddianı təmin etsə, həmin hakimi burada işləməyə qoymayacağam. İndi nazir Fikrət Məmmədov Rövşən Bağırovla dostdursa, bizim hüquqlarımız tapdanmalıdır? Bizi hədələyir ki, iddianı geri götürməsəniz, aqibətiniz pis olacaq. Mən Azərbaycan prezidentindən, milli təhlükəsizlik nazirindən, baş prokurordan, Ali Məhkəmə sədrindən xahiş edirəm ki, bu məsələ ilə maraqlansınlar. Başçının özbaşınalığı haqda dəfələrlə ölkə başçısına və aidiyyəti qurumlara teleqramlarla müraciət etmişik. Görünür, havadarları çoxdur. Bu havadarlardan prezidentin xəbəri varmı? İş o yerə çatıb ki, bədbəxt hadisə baş verə bilər”.
Xatırladaq ki, sahibkar 2006-cı ildə rayonda neft anbarının özəlləşdirilməsi üçün müvafiq sənədləri Dövlət Əmlak Komitəsinə təqdim edib. 2007-ci ildə neft anbarı E.Məmmədov tərəfindən özəlləşdirilib. E.Məmmədov bir müddət fəaliyyət göstərə bilib. Ancaq elə ki, neft anbarında yenidənqurma işləri aparmağa başlayıb, icra başçısı ondan aylıq “haqq” istəyib. Sahibkar imtina edəndə məhkəmə qərarı olmadan obyekti sökdürülüb. Lerik Rayon Məhkəməsi 2010-cu ilin martında sahibkarın iddiasını təmin edib. Sahibkar icra başçısının ona vurduğu 56 min manat ziyanı təzminat olaraq tələb edir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam