Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Türkiyə və İsrail qırıcıları üz-üzə gəldi...

Türkiyə və İsrail qırıcıları Suriya səmasında üz-üzə gəlib.

 İsrailə məxsus qırıcı təyyarələr mayın 2-nə keçən gecə Dəməşq və Həma ətrafında 8 hədəfə hava zərbələri endirib.
Yenixeber.org: Bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb. Yerli mənbələr həmin vaxt Türkiyənin dəstəklədiyi Sultan Murad və Süleyman Şah briqadalarına məxsus bazaların da İsrailin hədəfləri arasında olduğunu bildirib.
İddia olunur ki, Türkiyə ordusuna məxsus F-16-lar da İsrail əməliyyat keçirərkən Suriyanın şimalına keçib.
“Yerli mənbələrin məlumatına görə, Türkiyə qırıcıları İsrail təyyarələrinin fəaliyyət göstərdiyi bölgədə patrul uçuşları həyata keçirib. F-16-lar vasitəsilə İsrail təyyarələrinə xəbərdarlıq siqnalları göndərildiyi və pilotlar arasında qısa müddətli radio əlaqəsinin qurulduğu iddia edilir. Hər iki tərəf münaqişədən yayınıb”, - nəşr yazır.
Qeyd edək ki, Türkiyə ordusu daha əvvəl İsrail tərəfindən hədəf alınan T4 və Həmadakı hava qüvvələrinə məxsus bazalarda fəaliyyət göstərir.
“Sözcü” yazır ki, İsrail Türkiyənin Suriya hava məkanında olmasını “riskli” hesab edir:
“İddialara görə, daha sonra İsrail bölgəyə qırıcılardan ibarət ikinci heyəti göndərib. Eyni gündə ümumilikdə 14 döyüş təyyarəsi Suriyanın bölgədəki hava məkanında patrul həyata keçirib. İddialara görə, İsrail ordusunun baş qərargahı ABŞ-dəki Tramp administrasiyasına bildirib ki, növbəti belə hal olarsa, Türkiyəyə məxsus qırıcılar hədəfə alınacaq. Ankara rəsmi açıqlama verməyib”.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam