Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Türkiyə ordusunun “Şah Fırat” əməliyyatı

 

Türk silahlı qüvvələri xüsusi əməliyyatla Süleyman Şah türbəsini yeni əraziyə köçürdü

"Xeberinfo.com":  Məlumata görə, Türkiyənin dövlət sərhədlərindən kənarda yerləşən yeganə ərazi vahidi (eksklav) olan,Suriya ərazisində yerləşən Süleyman Şah Türbəsini qoruyan hərbi birlik ötən gün xüsusi bir əməliyyatla Türkiyəyə gətirilib.
Türkiyə baş Qərargahının şərti olaraq “Şah Fırat” adı verdiyi əməliyyat nəticəsində türbədə xidmət edən, onu qoruyan 40 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəşi Türkiyəyə gətirilib. Bu barədə baş nazir Əhməd Davudoğlu Twitter hesabında məlumat verib. Baş nazir bildirib ki, türbənin yeri dəyişdiriləcək.
Sitat: “Əcdadımızın əmanəti Süleyman Şahın nəşi Suriya ərazisindəki yeni məkanına müvəqqəti olaraq köçürülməsi üçün ölkəmizə gətirilib. Bu günə qədər böyük bir qürurla xidmət edən Süleyman Şah postunun hərbi xidmətçiləri də silahlı qüvvələrin “Şah Fırat” əməliyyatı ilə ölkəmizə qaytarılıb”.
Müdafiə naziri İsmət Yılmz və baş qərargah rəisi Necdət Özəl də əməliyyat barədə ictimaiyyəti məlumatlandırıb. Məlum olub ki, ötən gecə saat 21 radələrində “Şah Fırat” şərti əməliyyat başladılıb. 39 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb.
2nbTürbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə biurlikdə Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb.Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb.
Səhər saat 6-da Türkiyə hərbçiləri ölkə ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb. Əməliyyat zamanı yalnlz bir əsgər qəza nəticəsində həlak olub.
Süleyman Şah türbəsi növbəti dəfə Suriya ərazisində, bu dəfə Türkiyə sərhədlərinə yaxın yerə köçürülüb.
Bu gün səhər saat 9 radələrində Türkiyə ordusu tankların müşayiəti ilə Suriya ərazisinə daxil olub və Eşmə bölgəsi ərazisinə yaxın yerdə türbənin köçürülməsi üçün müvafiq ərazini nəzarətə götürüb və yeni eksklav əraizisində Türkiyə bayrağı dalğalanıb.
Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.
3nbQeyd edək ki, Süleyman Şah türbəsinin yerləşdiyi ərazidəki kənd ötən il mart ayında İŞİD-in əlinə keçib və qruplaşma Türkiyə əsgərlərinə 3 gün ərzində bölgəni tərk etməklə bağlı tələb qoymuşdu.
Ancaq həmin vaxt Türkiyə hökuməti türbənin təhlükəsizliyinin Türkiyə üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək hər cür müdafiə tədbirlərinə hazır olduğunu açıqlamışdı. Onu da qeyd edək ki, bu, Süleyman Şah Türbəsinin 3-cü nəql hadisəsidir.
Belə ki, bundan əvvəl türbə su anbarı tikintisi ilə əlaqədar (aşağıda bu barədə ətraflı məlumat var – K.) köçürülüb. Yeni ərazi ötən əsrdə Türkiyə-Suriya dövlətləri arasında əldə olunmuş razılığa əsasən Suirya ərazisində olacaq. Lakin bu dəfə türbə Türkiyə ərazisinə bri qədər də yaxınlaşdırılıb.
4nbTürkiyə dövlətinin hazırkı sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan Süleyman Şah türbəsi Suriyanın ikinci böyük şəhəri Hələbin yaxınlığında yerləşir.
Daha əvvəl 36 Türkiyə əsgərinin türbəni qoruduğu bildirilsə də, Türkiyə ordusu Baş Qərargahı İŞİD-in hücum təhlükəsi altında olan türbəni 25 xüsusi təyinatlı və əlavə olaraq, o qədər də (25) hərbçinin qoruduğunu bəyan etmişdi.
Baş Qərargahdan verilən məlumata görə, İŞİD-in hücum təhlükəsi olacağı təqdirdə Türkiyə hərbi hava qüvvələri 3 dəqiqə ərzində türbəyə müdaxilə edə biləcəkdi.

Süleyman Şah kimdir?

5nbSüleyman Şah Osmanlı dövlətinin ən şanlı sultanlarından olan Sultan Süleyman deyil. Bəzi məlumatlara görə Suriyada məzarı yerləşən Süleyman Şah Osmanlı imperiyasının qurucusu Osman Qazinin babası olub. Bəzi mənbələrə görə isə türbədə dəfn olunan Qılınc Arslanın atası Kutlamış oğlu Süleymandır. Türbədə Süleyman şahla yanaşı onun iki əsgəri də dəfn olunub.
Tarixi mənbələrə görə, böyük Səlcuq sultanı Alp Arslan Malazgird savaşında qələbə qazandıqdan sonra türk tayfaları Kiçik Asiyanın qərbinə doğru yayılıb. Bu zaman oğuz boylarından Kayı boyu və onun lideri Süleyman şah da qərbə doğru gedib.
Yeni bölgələrə yerləşən türk tayfaları kimi Süleyman şah da Hələb yaxınlığında yerləşən Caber qalasına gəlib və tayfası ilə birlikdə Fərat sahillərində məskunlaşıb.
Ancaq burdan da hərəkət edərək yeni ərazilər axtarışına çıxan Süleyman şah 1086-cı ildə Fərat çayını keçmək istəyərkən iki mühafizəçi əsgəri ilə birlikdə Fərat çayında boğulub.
6nbSüleyman şah və iki mühafizəçisinin cəsədi Caber qalası yaxınlığında dəfn edilib. Osmanlı imperiyası dönəmində Süleyman Şahın məzarı üzərində türbə tikilib və “Türk məzarı” adı verilib.
Osmanlı İmperiyasının dağılmasından sonra Süleyman Şah türbəsinin yerləşdiyi ərazi Fransanın müstəmləkəsi olub. 21 oktyabr 1921-ci ildə Fransa və Türkiyə hökumətləri arasında imzalanmış Ankara müqaviləsinin 9-cu maddəsi və 24 iyul 1923-cü ildə imzalanmış Lozan müqaviləsinin 3-cü maddəsinə görə Caber qalası və Süleyman Şah türbəsi Türkiyə Cümhuriyyətinin torpaqları kimi tanındı. Müqaviləyə əsasən Türkiyə dövlətinin bu türbəni mühafizə etmək üçün orda ordu saxlamaq və bayraq qaldırmaq hüququ tanındı. Bu müqavilə sonradan müstəqillik qazanan Suriya dövləti tərəfindən qəbul olundu.

Suriya ilə Türkiyə arasında “türbə böhranı”

7nbAncaq “soyuq müharibə” illərində Suriya ilə Türkiyə arasında yaranmış gərginik bir neçə dəfə Süleyman Şah türbəsinə də təsir göstərib. Ən böyük böhran isə 1968-ci ildə baş verib. Həmin il Suriya hökuməti Fərat çayı üzərində su bəndi və elektrik stansiyası tikmək qərarı qəbul edib. Təbka bəndinin 5 il ərazində, yəni 1973-cü ildə tikilib təhvil verilməsi planlaşdırılırdı və bu zaman bəndin qarşısında su basacaq ərazilərə Caber qalası və Süleyman Şah türbəsi də düşürdü.Suriya hökuməti bunu əsas gətirərək Ankaraya türbənin yerini dəyişdirmək və ya Türkiyəyə köçürməklə bağlı nota vermişdi.
Türkiyə isə buna cavab olaraq Suriyaya nota vermişdi və eyni zamanda, Türkiyə ərazisində yerləşən Keban bəndini bağlayaraq Fərat çayı vasitəsilə Suriyaya su verilməsini böyük ölçüdə azaltmışdı. Yaranmış su gərginliyi bir müddət davam etdikdən sonra Türkiyə bölgəyə Dövlət Su İşləri İdarəsi əməkdaşlarını göndərmişdi. Mütəxəssislər Süleyman Şah türbəsinin daha uyğun yerə köçürülə biləcəyini araşdırıblar.
8nbAnkara və Dəməşq arasında uzun sürən müzakirələrdən sonra türbənin köçürülməsi ilə bağlı razılıq əldə olunub.
Əldə olunan razılaşmaya əsasən türbə və ona daxil olan tikililərin Hələb-Haseki yolu üzərində yerləşən Karakozak kəndi yaxınlığına köçürülməsi qərara alınıb. Bundan başqa, su bəndinin ən yaxın yerində mərmərdən kitabə düzəldilməli idi.
Beləliklə, 1973-cü ildə türbə və hərbi post yeni əraziyə köçürülür. Türbənin yeri ərazisi Karakozak kəndi ərazisində yerləşirdi və 10 min kv.metr sahəni əhatə edirdi. Fərat çayının şərq sahilində yerləşən türbə ilə Hələb arasında 123, Şanlıurfa arasında isə 92 kilometr məsafə var.
9nbAncaq 1995-ci ildə Suriya hökumətinin Fəratın daha yuxarı axarlarında bənd tikməsi ilə türbənin yenidən köçürülməsi məsələsi gündəmə gəlib. Yeni Tişrin bəndi Karakozak kəndini və türbəni də su altında qoyacaqdı. Dəməşq yenidən Türkiyəyə müraciət edərək türbənin bir daha köçürülməsini təklif etdi. Türkiyə hökumətinin apardığı danışıqlar nəticəsində türbənin saxlanılması və onun bəndin təsirlərindən qorunması ilə bağlı işlər həyata keçirildi.
2001-ci ildə bəndin böyüməsi ilə türbənin yerinin dəyişdirilməsi bir daha təklif olunsa da, Türkiyə hökumətinin səyləri nəticəsində layihə türbənin mövcud yerinin qorunması yonündə dəyişdirildi və türbə növbəti dəfə köçürülməkdən xilas oldu və bu günə qədər də sular arasında kiçik ada kimi qalır.
23 oktyabr 2003-cü ildə Ankarada imzalanmış razılaşmaya əsasən türbənin yerləşdiyi ərazi yenidən qurulmuş, türbənin binası içəridən və çöldən bərpa edilib, yeni hərbi post tikilib. Bundan sonra türbə yenidən ziyarətə açılıb.(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam