Dildə, Fikirdə, İşdə Birlik -Türkçülük Günü qeyd olundu
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Bakıda 3 May Türkçülük Gününə həsr olunmuş "Dildə, Fikirdə, İşdə Birlik: Türk Dünyasının Gələcəyi” adlı panel iclası keçirib.
Yenixeber.org xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir Türk dünyasının birliyinin gücləndirilməsi, ortaq dəyərlərin təbliği, mədəni və siyasi əməkdaşlığın gələcək perspektivləri mövzusunda müzakirələrlə yadda qalıb.
İclasda Azərbaycan və Türkiyənin dövlət rəsmiləri, millət vəkilləri, media nümayəndələri və ictimai xadimlər iştirak ediblər.
Təşkilatçılar bildiriblər ki, tədbirdən əsas məqsəd Türk coğrafiyasında kommunikasiya və informasiya sahəsində birgə strategiyaların hazırlanması və ortaq gələcək baxışının formalaşdırılmasıdır.