Kürdəmirdə "Beynəlxalq Tolerantlıq gününə” həsr olunmuş tədbir - FOTOLAR
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində 16 noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib.
Xeberinfo.com: Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov 2016-cı ilin ölkə Prezidentinin Sərəncamı ilə “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb və ölkəmizin müasir dünyada tolerantlıq məkanına çevrildiyini vurğulayıb. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.
Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının, təhsil, mədəniyyət işçilərinin, Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən “N” saylı hərbi hissəsinin bir qrup zabit və əsgər heyətinin, dini icma sədrləri və din xadimlərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix üzrə fəlsəfə doktoru Rahib Əkbərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qafqaz Müsəlmanları İddarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi, “İmam Rza” məscidi dini icmasının sədri və axundu Fizuli Cəfərov məruzələrlə çıxış edib, Azərbaycanın multikulturalizm modelinin tədqiqi və təbliği ilə bağlı fikirlərini bölüşüblər.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırıb.