Ukraynanın itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 1137-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 660 təyyarəsi, 283 helikopteri, 49 982 PUA-sı, 601 zenit-raket kompleksi, 22 683 tank və digər zirehli texnikası, 1 534 reaktiv yaylım atəş sistemi, 23 233 artilleriya və minaatanı, 33 685 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.