Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Ordusu şanlı tarix yazır -qismən səfərbərlik elan olundu VİDEO

Böyük Vətən müharibəsinə başlanıldı; Talış kəndi və Füzuli istiqamətində düşmənə öldürücü zərbələr endirildi; 550-dən çox itki verən işğalçı ölkə təşviş içindədir; İrəvan kompromisə hazır olduğunu deyir; Bakının isə tək şərti var: işğala son verilsin!

Yenixeber.org: Beynəlxalq aləm yenə də ikili oyun oynayır; qardaş Türkiyə dövləti işğala qarşı Azərbaycanın yanındadır

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatları və işğalçı orduya sarsıdıcı zərbələrin endirilməsi əməliyyatları davam edir.

Qeyd edək ki, döyüşlərin ilk günündə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub. Bu barədə müdafiə naziri Zakir Həsənov sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandana raport verib. Bildirilib ki, Füzuli-Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı, Nüzgar kəndləri azad edilib. Dövlət başçısı “Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”-deyə, xalqı təbrik edib. Həmin gün ölkə rəhbəri Azərbaycan xalqına müraciət edib.

Eyni gündə Füzuli rayonunun Aşağı Abdurrəhmanlı kəndi də düşmən tapdağından təmizlənib. Ordumuzun sərrast zərbələri nəticəsində Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb. Həmçinin işğal zonasına Ermənistandan çəkilən yol da nəzarət altına alınıb. Bundan sonra Ermənistanı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsi ilə birləşdirən Zod-Kəlbəcər yolunda hərəkət dayandırılıb. Ermənistan Fövqəladə Hallar Nazirliyi bu barədə məlumat yaysa da, əhalinin panikaya düşməməsi üçün bu addımın niyə atıldığını açıqlamayıb. Düşmən Şuşa və Xankəndi ərazisinə silahları və hərbi yardımları bu yolla daşıyırdı.

Döyüşlərin ilk günündə olduğu kimi, 28 sentyabrda da Ermənistan tərəf çoxsaylı hərbi texnika və canlı qüvvə sarıdan itkilər verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir. Məlumata görə, Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir. Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib. Bu barədə Müdafiə Nazirliyimiz məlumat yayıb. Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib. Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir.

Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb. Müdafiə Nazirliyimiz Ermənistan qoşunlarının məhv edilən, eləcə də ərazidə qalan hərbi texnikalarının videogörüntülərini də yayıb.

İşğalçı ölkənin rəhbərliyi sarsıdıcı itkilərin anbaan artmasından ciddi şəkildə narahatdır. Ermənistanda hərbi vəziyyətin elan olunmasına dair keçirilən müzakirələrdə baş nazir Nikol Paşinyanın çaşqın duruma düşməsi ermənilərin də diqqətindən yayınmayıb.

“Dağlıq Qarabağda şimaldan cənuba doğru hərbi əməliyyatlar davam edir”. Bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Fransanın “France 24" telekanalına müsahibəsində deyib. ”Bu, genişmiqyaslı əməliyyatlar bizi çox narahat edir", - nazir bildirib. (teleqraf.com) Mnatsakanyan rəsmi İrəvanın kompromisə hazır olduğunu bildirib.

Növbəti erməni hiyləsi...Amma keçməz!

Foreign Minister Zohrab Mnatsakanyan: Any Concession Should Reflect the  Security and Status of Nagorno Karabakh • MassisPost

Yazı çapa hazırlanana qədər Ermənistan tərəf rəsmi qaydada 59 ölü, 200-dən çox yaralının olması barədə açıqlama yaymışdı. Lakin Azərbaycan tərəf bəyan edib ki, işğalçı ölkənin ümumi itkiləri 550-dən çoxdur.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə bildirib: “Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir”.

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib. Xeyli düşmən qüvvəsi məhv edilib. Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir. Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib: “Artıq Talış kəndi ətrafında bir neçə strateji yüksəklik işğalçı qüvvələrdən təmizlənib. Ermənistan Müdafiə Nazirliyi hər zaman olduğu kimi itkilərini gizlədir. Kəşfiyyat qrupumuzun əldə etdiyi məlumata əsasən, düşmənin 24 tank, texnikası, 8 artilleriya qurğusu məhv edilib, 550-dən artıq itkisi var. Düşmən itkiləri arasında aşkar edilən bəzi cəsədlərin Suriyadan gətirilən əsirlərə aid olduğu aşkar edilib. Ermənistan bu məlumatı həm öz xalqından, həm də beynəlxalq ictimaiyyətdən gizlədir”.

O qeyd edib ki, düşmən ordusundakı yaralıların say çoxluğu səbəbilə hospitallarda yer qıtlığı yaranıb, qan donorları axtarılır.

Digər məlumata görə, Azərbaycan Ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib. Beləliklə, işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır. Savaşın ilk günü ordumuz düşmənin 12 “Osa” zenit-raket komplekslərinin əksəriyyətini məhv etmişdi.

Xankəndindən Ermənistana onlarla təcili yardım maşını durmadan yaralı daşıyır. Bu da o deməkdir ki, Ermənistan tərəfi rəsmi elan etdiklərindən daha çox canlı itki verib. Ermənistandakı hospital və xəstəxanalarda çarpayı, həmçinin yaralılar üçün qan çatışmadığı da yayılan xəbərlər sırasındadır. 

 

Azərbaycan Ordusunun hazırda Qarabağda şiddətli döyüş əməliyyatları aparan hərbi birliyinin komandanı, Milli Qəhrəman, general-mayor Mayis Bərxudarov cəbhə xəttindən bəyanatla çıxış edib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bəyanatda deyilir: “Düşmən hücumunun qarşısının alınması məqsədilə həyata keçirdiyimiz əks-hücum əməliyyatı uğurla davam edir. Gərgin döyüşlər gedir. Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi üzrə tapşırıqları yüksək döyüş əzmi və igidliklə icra edir. Komandirlik etdiyim birliyin şəxsi heyəti düşməni tam məhv etmək üçün son damla qanınadək vuruşacaq və qələbə qazanacaq”.

 Çoxsaylı itkilər verən Ermənistan ordusunun şəxsi heyəti işğal altındakı Azərbaycan ərazilərindən qaçmaq üçün fürsət gəzir. Bu səbəbdən Ermənistan hakimiyyəti tədbirlərə əl atıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının “Yeni Müsavat”a verdiyi məlumata görə, Ermənistanın hərbi komandanlığı işğal olunmuş ərazilərlə Ermənistan arasındakı yollarda komendant postları qurub. “Məqsəd təşviş içində Ermənistana axın edən əhalinin ərazini tərk etməməsi və silahı ataraq ordusundan fərarilik edən erməni hərbi qulluqçularının tutulub saxlanılmasıdır. Bəzi xəbərlərə görə, artıq həmin postlarda silahın tətbiqi ilə ciddi insidentlər qeydə alınıb, ölən və yaralananlar var”-Dərgahlı bildirib.

Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi ilə Qarabağda yeni hərbi  əməliyyatlar başlaya bilər - Rusiyalı ekspert | Eurasia Diary

Media Qrupunun reportyor qrupu hazırda cəbhə bölgəsindədir. Media qrupumuzun Füzuli rayonuna ezam olunan reportyorları xəbər verir ki, bu istiqamətdə əks-hücum əməliyyatlarına davam edir. Gecə boyu ordumuz ağır artileriyadan düşmən mövqelərini hədəf alıb. Qısamüddətli fasilələr olsa da, ordumuz əks-hücum əməliyyatlarına ara verməyib. Reportyorlarımız Füzulinin Alıxanlı kəndində olublar, qəhrəman əsgərlərimizə arxa olan fədakar sakinlərlə görüşüblər.

Tərtər bölgəsinə ezam olunan əməkdaşlarımız isə xəbər verir ki, 28 sentyabrda düşmən rayon mərkəzini və ətraf kəndləri intensiv artilleriya atəşinə məruz qoyub. Reportyorlarımız atəşə məruz qalan Əskipara kəndində olublar.

Sentyabrın 27-si səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri atəşə tutulub. Rəsmi məlumata görə, düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Döyüşlərin ilk günü Naftalan şəhərinin atəşə tutulması nəticəsində bir ailənin 5 üzvü, həmçinin iki məktəbli həlak olub. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub. Təhsil Nazirliyindən  verilən məlumata görə, bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. Bildirilib ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir.

Qarabağda hərbi əməliyyatlar bərpa oluna bilər” - Kozlariç » Anews.az <meta  http-equiv=”refresh” content=”0;  URL=https://www.xnxx.com/video-tzrpl59/a_very_sensitive_masturbation_video”>

Allah rəhmət eləsin!

28 sentyabrda isə Tərtər və Ağdamın dinc sakinləri erməni faşistlərinin atəşinə məruz qalıb. Dünən düşmənin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə “Qrad” qurğularından atəşə tutması nəticəsində Ağdam rayonu Evoğlu kənd sakini, 1979-cu il təvəllüdlü Paşayev Coşqun Ənvər oğlu həlak olub. Dinc azərbaycanlıların öldürülməsi faktları ilə bağlı müvafiq rayon prokurorluqlarında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanıb. Müdafiə Nazirliyinin rəhbərliyi qarşı tərəfi sonuncu dəfə xəbərdar edir ki, tərəfimizdən onlara qarşı adekvat cavab tədbirləri görüləcək.

Baxar.az | Xəbər portalı

“Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və 7 rayonun ətrafında yerləşən Azərbaycanın yaşayış məntəqələrini davamlı olaraq atəşə tutur”.

Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: “Düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da var”.

Əldə olunan kəşfiyyat məlumatına əsasən, düşmənin itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan çoxlu sayda erməni əsilli muzdlu döyüşçülər də var. Lakin onlar Ermənistanda rəsmi qeydiyyata alınmadığı üçün düşmən bu itkiləri asanlıqla gizlədir.

Əvvəlki döyüşlərdə olduğu kimi bu dəfə də Ermənistanın hərbi-siyasi rəhbərliyi hərbi məlumatların yayılmasına tətbiq edilən qadağanı əsas gətirərək döyüş itkilərini ictimaiyyətindən gizlədir.

Qeyd edək ki, itkilərin sayının çox olması səbəbindən bir müddət sonra düşmən bu itkiləri müxtəlif şəraitdə baş vermiş hadisə kimi göstərərək etiraf etmək məcburiyyətində qalacaq.

Ermənistanda Dağlıq Qarabağ əhalisinin təxliyə planı hazırlanır. “Report” xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Qovorit Moskva” radiostansiyasına müsahibəsində bildirib. Müxbirin ermənilərin Qarabağdan təxliyəsi ilə bağlı sualına cavabında səfir deyib: “Belə planlar hazırlanır. Ümid edirik ki, vəziyyət o həddə çatmayacaq”.

Vəziyyətin ağırlığını və Ermənistan ordusunun ağır itkilərlə geri çəkildiyini görən müdafiə naziri David Tonoyan 28 sentyabrda işğal altındakı ərazilərimizə gəlib.

Düşmən təxribatı nəticəsində daha bir mülki sakin həlak oldu, yaralıların  sayı 27-yə çatdı - RƏSMİ

Rəsmi Bakı isə torpaqların işğaldan azad edilməsinin alternativini görmür.   “Beynəlxalq ictimaiyyətin narahatlığını başa düşürük”. Bunu ötən gün xarici ölkələrin səfirləri, diplomatları üçün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H.Hacıyev deyib ki, beynəlxalq ictimaiyyət Ermənistanı işğala son qoymağa çağırmalıdır: “Bəzi beynəlxalq təşkilatların rəhbərlərinin mövqeləri isə qəbuledilməzdir. Amerika Dövlətləri Təşkilatının rəhbəri qurumdakı dövlətlərin mövqeyini nəzərə almadan, qərəzli bəyanat verib. Frankofoniya Təşkilatının Baş Katibinin mövqeyini də qəbul etmirik. Biz üzv dövlətlərə müraciət edirik ki, qurumların rəhbərləri üzv dövlətlərin mövqelərini nəzərə alsın”.

Ermənilərin Ağdamda dinc sakini öldürməsi faktı ilə bağlı cinayət işi  başlanıb

“Azərbaycana qarşı müharibə başlayıb. Belə bir çətin dönəmdə Azərbaycan xalqı səfərbərdir”- Hacıyev bildirib. Onun sözlərinə görə, bu, Azərbaycan xalqının tarixində də Böyük Vətən müharibəsidir: “Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu gün də qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb”.

Sentyabrın 28-də Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı təcavüzü, cəbhə xəttində yaranmış vəziyyət, qoşunlarımızın əks-tədbirləri və yaranmış əməliyyat şəraiti haqqında məlumat verilib.

Dünyanın bir sıra ölkələrindən, beynəlxalq təşkilatlardan Ermənistan-Azərbaycan müharibəsinə reaksiyalar gəlib. BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri, bir çox paytaxtlar tərəflərə çağırış ediblər ki, atəşi dayandırıb danışıqlar masası arxasına keçsinlər. Ancaq Azərbaycan prezidenti BMT-nin 75-ci sessiyasında da bəyan etmişdi ki, Ermənistanın “yeddi şərti”nin qarşılığında yeganə şərt irəli sürür: Azərbaycan əraziləri işğaldan azad edilməlidir!

Xüsusilə qeyd etmək lazımdır ki, qardaş Türkiyə bütün varlığı ilə bu savaşda da Azərbaycana birmənalı dəstək verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, XİN rəhbəri M.Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop Bakıya telefon açaraq, azərbaycanlı həmkarları ilə danışıblar, birmənalı dəstək ifadə ediblər. Türkiyənin HDP xaric, müxalifət partiyaları, bütün cəmiyyəti, mediası da Ermənistanın işğalını lənətləyib, Azərbaycanın yanında olduğunu bildiriblər.

“Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal tərk edilməsi ilə bölgə yenidən sülh və əmin-amanlığa qovuşacaq”.

Rəcəb Tayyib Ərdoğan: Türkiyə sonadək Azərbaycana əlindən gələn yardımı  edəcək

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha qınayıram. ATƏT-in Minsk Qrupunun həmsədrləri indiyə kimi, təxminən 30 ildir Dağlıq Qarabağ münaqişəsini həll etməyiblər və həll etməmək üçün də əllərindən gələni edirlər”. R.T.Ərdoğan daha sonra bölgədəki gərginliyə son qoymağın vaxtının gəldiyini bildirib.

 Rusiya XİN rəhbəri S.Lavrov isə savaşın başladığı ilk gün türkiyəli həmkarı M.Çavuşoğlu və Azərbaycan XİN başçısı C.Bayramovla telefon əlaqəsi saxlayıb.

С.Лавров | S.Lavrov | Переговоры Министра иностранных дел Ро… | Flickr

Rusiyanın vasitəçilik prinsiplərinə zidd hərəkətləri isə yenə də davam edir. Rusiya Müdafiə Nazirliyinin “An-124-100" nəqliyyat təyyarəsi Gürcüstan ərazisinə yaxınlaşan zaman onun Ermənistan uçuş icazəsinə ”yox" cavabı verilib. Nəticədə təyyarə istiqamətini dəyişərək havaya qalxdığı hərbi aerodroma geri qayıdıb.

Qeyd edək ki, 28 sentyabrdan etibarən Azərbaycan prezidentinin sərəncamı ilə ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edilib. Azərbaycan torpaqlarının azad olunmasını illərdir gözləyən vətəndaşlarımız böyük məmnuniyyətlə silaha sarılmağa hazırdırlar.

İnşallah, qələbə bizimdir. Allah Ordumuza yar olsun!
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam