Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Ərdoğan boykot çağırışlarından danışdı:"Bu ölkənin əleyhinə kampaniya aparanları mənim millətim əfv etmir”

"Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin güclü və sabit ölkə kimi tərəqqisinə töhfə verib" - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan boykot çağırışlarına münasibət bildirib.

Yenixeber.org: Cümə namazından sonra sonra jurnalistlərə açıqlama verən Türkiyə Prezidenti deyib ki, aprelin 2-də boykot çağırışları effekt verməyib.

Onun sözlərinə görə, belə ki, tam əksinə olaraq həmin gün alış-veriş mərkəzləri daha hərəkətli olub.

“Deməli, bu ölkənin əleyhinə kampaniya aparanları mənim millətim əfv etmir”, - Ərdoğan əlavə edib.

Qeyd edək ki, İstanbulun Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra keçirilən aksiyalarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl tərəfdarlarını bəzi markalardan və restoranlardan istifadə etməməyə çağırıb. Özəlin boykot siyahısında olan markalar və restoranlar, əsasən, holdinqində media şirkətləri də olan sahibkarlara aid olub. Özəl bu çağırışını medianın bir hissəsinin aksiyaları işıqlandırmaması və tərəfli mövqe nümayiş etdirməsi ilə əsaslandırıb. Özgür Özəlin çağırışı sosial mediada geniş yayılıb, müxtəlif markaların adlarından ibarət siyahılar paylaşılıb. Bu markalar və iş yerləri maddi və mənəvi zərərə uğradıqlarını qeyd ediblər.

Xatırladaq ki, İstanbul Prokurorluğu ictimaiyyətə edilən "boykot" çağırışları ilə bağlı araşdırma başladıb. Türkiyə Baş Prokurorluğundan verilən açıqlamada qeyd edilib ki, ənənəvi və sosial mediada xalqın bir hissəsinin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyan “boykot” çağırışları edənlər, həmçinin bu çağırışı yayan şəxslərlə bağlı araşdırma başlanıb. Araşdırma “nifrət və ayrı-seçkilik”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə bağlı aparılır.

Məlumatda o da qeyd edilib ki, edilən çağırışlardan sonra bəzi iş yerlərində fiziki və sözlü zorakılıq hallarına dair şikayətlərlə bağlı araşdırmalar da bu istintaq araşdırması ilə birləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam