Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Ərdoğan, yoxsa İmamoğlu –Türkiyə erkən seçimini edir

news content


İstanbulun merinin həbsi ölkədə hansı təlatümlərə səbəb olacaq..?

Yenixeber.org: Martın 19-dan başlayaraq Türkiyədə yüz minlərlə insan İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq aksiyalara qoşulub. O, Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab olunur. Bildirilir ki, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib.

İstanbulda etiraz aksiyaları şəhər bələdiyyəsinin binası, polis idarəsi (İmamoğlunun evində axtarış aparıldıqdan sonra aparıldığı yer) və universitet binası qarşısında keçirilir. İstanbul universiteti merin həbsindən bir gün əvvəl onun diplomunu ləğv edərək, qanuni şəkildə prezidentliyə namizədliyini irəli sürmək yolunu bağlayıb. İstanbul valiliyinin qərarı ilə şəhərdə hər cür nümayiş və mitinqlərə qadağa qoyulub. Bununla belə, etirazlar davam edir.

Həbs olunan Əkrəm İmamoğlu Türkiyənin məhkəmə hakimiyyətini “qanunsuzluq qarşısında susmamağa” çağırıb və ədalətə güvəndiyini bildirib.

“Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə, vicdanlı, əxlaqlı və xalqına xidmət etməyi sevən on minlərlə prokuror və hakimə səslənirəm. Sizin həmkarlarınızdan bəziləri Türkiyənin məhkəmə sistemini məhv edib, bizi bütün dünyada biabır edib və nüfuzumuza ciddi zərər vurub. Siz ayağa qalxmalı və buna qarşı tədbir görməlisiniz. Mən Türkiyənin ali məhkəmə hakimiyyətinə inanıram. Siz susa bilməzsiniz və susmamalısınız”, - deyə İmamoğlu X sosial şəbəkəsində yazıb.

Çərşənbə günü İstanbul Baş Prokurorluğu İmamoğlunun korrupsiya, rüşvətxorluq və qeyri-qanuni maliyyələşdirmə ilə məşğul olan təşkilatla bağlı aparılan istintaq çərçivəsində həbs edildiyini açıqlayıb. Siyasətçi isə bildirib ki, hakimiyyətin təzyiqi altında geri çəkilmək niyyətində deyil.

İstanbulun bir sıra mərkəzi küçələrində, xüsusən də polis idarəsinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, sosial şəbəkələrin fəaliyyətində fasilələr müşahidə olunur. Bu hadisələrin fonunda ABŞ dollarının Türkiyə lirəsinə nisbəti 10%-dən çox bahalaşıb və ilk dəfə 41 lirəni keçib. İstanbul birjasının əsas indeksi BIST 100 isə İmamoğlunun həbsi xəbəri fonunda açılışda 6,87% dəyər itirib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, İmamoğlunun həbsindən sonra küçə etirazlarına başlamamağa çağırıb. Onun sözlərinə görə, prosesin Prezident Tayyib Ərdoğanla heç bir əlaqəsi yoxdur.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) müxalifətin İmamoğlunun həbsi ilə “çevriliş cəhdi” ittihamını rədd edib. Hökuməti çevriliş cəhdində İstanbul Böyükşəhər Bələdiyyə Başçısının təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özel ittiham edib.

“Özgür Özel bizi çevrilişdə ittiham edə bilməz”, - AKP-nin rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib və müxalifət liderini ittihamlarına dair sübut təqdim etməyə çağırıb.

İngiltərənin The Economist nəşri yazır ki, “Ərdoğan onu məğlub edə biləcək namizədi həbs etdirir”.

“Cənab İmamoğlunun həbsinin vaxtı təsadüfi görünmür. Martın 23-də CHP qurultayında onun 2028-ci il prezident seçkilərində namizədliyi irəli sürülməli idi və bir çoxları seçkilərin daha tez keçiriləcəyini gözləyir. Ötən ildən bəri İmamoğlu ictimai rəy sorğularında Türkiyə liderini üstələyir. Hökumət heç nəyi riskə atmaq istəmədi. Türkiyənin artıq zəifləyən demokratiyası üçün perspektivlər qaranlıq görünür. İstanbul bələdiyyə başçısının həbsi bu tipli ilk hadisə deyil və yəqin ki, sonuncu da olmayacaq. Son bir neçə ay ərzində müxalifət partiyalarından olan bir neçə bələdiyyə başçısı və İmamoğluna qarşı aparılan araşdırmanı işıqlandıran jurnalistlər də həbs olunub”, - deyə London qəzeti yazır.

İmamoğlunun həbsindən sonra bütün Türkiyədə tələbə etiraz aksiyaları keçirilir. BBC Türk xidmətinin məlumatına görə, İstanbulun müxtəlif universitetlərində cümə axşamı günündən etirazlar başlayıb və axşam saatlarında kütləvi şəkildə Saraçhane memorialına yürüş təşkil olunub.

Ankarada Orta Doğu Texniki Universiteti (ODTÜ) tələbələri də nümayişlərə qatılıb. Etirazçılar İmamoğluya qarşı aparılan əməliyyatların qanunsuz olduğunu bildiriblər.

Qalatasaray Universiteti və Mimar Sinan Gözəl Sənətlər Universitetinin tələbələri də dərs otaqlarını tərk edərək İstanbulun Beşiktaş meydanında bir araya gəliblər.

Bundan əlavə, nümayişlərdə Boğaziçi Universiteti tələbələrinin pankartları da müşahidə olunub.

İzmirdə isə gənclər üzərində “Ədalət ölüb” yazılmış tabut daşıyıblar.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyası (CHP) İmamoğlunu dəstəkləmək üçün 14 şəhər və 21 vilayətdə mitinqlər keçirəcəyini açıqlayıb.

Mitinqlər 21 mart saat 20:30-da başlayıb. Aksiyalar Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Eskişehir, İstanbul, İzmir, Manisa, Mersin, Muğla və Tekirdağ şəhərlərində;  Adıyaman, Afyonkarahisar, Amasya, Ardahan, Artvin, Bartın, Bilecik, Bolu, Burdur, Çanaqqala, Edirne, Giresun, Kastamonu, Kırıkkale, Kırşehir, Kilis, Kütahya, Sinop, Uşak, Yalova və Zonguldak vilyətlərində keçirilib.

Bəs Ərdoğan niyə əsas rəqibini seçkilərdən xeyli əvvəl hədəfə aldı? Axı ümumi prezident və parlament seçkiləri yalnız 2028-ci ilin mayında keçirilməlidir. Bütün bu hadisələr niyə məhz indi baş verir? Bu kampaniyanın arxasında nə dayanır? Hakimiyyətin məqsədləri nədir?

Kütləvi etirazlar müxalifət namizədinin azadlığını təmin edə biləcəkmi?

Suallarımızı türk analitik, siyasət elmləri doktoru, professor Haydar Çakmak cavablandırıb.

“Universitet rəhbərliyi İmamoğlunun diplomunu ləğv etsə də, qərardan etiraz edilib. Yəni, son nöqtəni məhkəmə qoyacaq və o, İmamoğlunun xeyrinə qərar çıxara bilər. İmamoğlunun bələdiyyədə bir çox qanunsuz sövdələşmələrlə məşğul olduğu deyilir, lakin hələlik buna dair sübut yoxdur”, – deyə professor qeyd edib.

Onun fikrincə, Ərdoğan güclü rəqib istəmir, lakin əgər o, İmamoğlunun gələcək prezident seçkilərində namizəd kimi təsdiqlənməsinə mane ola bilməsə, onunla danışıqlara gedəcək.

“Ərdoğan Konstitusiyaya öz xeyrinə dəyişikliklər edilməsi məsələsində İmamoğlu ilə razılaşa bilər. İmamoğlu Ərdoğandan heç nə ilə fərqlənmir, onların xarakterləri eynidir. Böyük əməliyyat müəyyən gözləmə və müşahidə tələb edir. Bütün diktatorların və sərt rejimlərin ən böyük qorxusu xalq üsyanıdır. Hökumət təhlükə hiss edərsə, ciddi tədbirlər görəcək. Hazırda ciddi problem yoxdur, lakin əgər İmamoğlu həbsxanaya göndərilsə, ciddi problemlər yarana bilər”, – deyə doktor Çakmak xəbərdarlıq edib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam