Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mayası nominalından baha başa gələn 3 qəpik -Hamı təəccüblənib

 

Mərkəzi Bank tərəfindən 3 qəpiklik metal pul nişanı yeni dizaynda buraxıb. Qeyd edilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı Mərkəzi Bank tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb..

Yenixeber.org-un məlumatına görə, iqtisadçı Natiq Cəfərli tədavülə yeni dizaynlı 3 qəpiklik sikkənin buraxılmasının maya dəyəri barədə danışıb:

3 qəpiklik pulun yeniləışmiş dizyanda buraxılması birmənalı qarşılanmayıb.

“2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 114 min 817 kiloqram sikkə gətirilib, ölkəyə daxil olan sikkələrin 84,4%-i Almaniyadan, 15,6%-i isə Türkiyədən gətirilib.

Almaniyadan gətirilən 96 min 973 kiloqram sikkə üçün 5 milyon 845 min dollar ödənilib. Bu isə o deməkdir ki, 1 qram sikkənin orta gömrük dəyəri 6 sent və ya mövcud məzənnə ilə 10 qəpik olub. Türkiyədən gətirilən 17 min 945 kiloqram sikkə üçün isə 1 milyon 263 min dollar ödənilib. Nəticədə Türkiyədən gətirilən 1 qram sikkənin orta gömrük dəyəri 7 sent və ya mövcud məzənnə ilə 12 qəpik olub. 1 qəpiyin kütləsi 2,8, 3 qəpiyin kütləsi 3,45, 5 qəpiyin kütləsi 4,85, 10 qəpiyin kütləsi 5,25, 20 qəpiyin kütləsi 6,6, 50 qəpiyin kütləsi isə 7,7 qram təşkil edir. Qəpiklərin orta çəkisi 5,1 qrama bərabərdir.

Onu da deyim ki, qəpiklər müxtəlif maretallardan hazırlanır. 1, 3 və 5 qəpiklər mis və poladdan, 10, 20 və 50 qəpiklər isə bürünc və poladdan hazırlanır.

İstənilən halda ən aşağı tariflərlə götürərək, çəkisinin isə 3,45 qram olduğunu bilərək, demək olar ki, 3 qəpiklik sikkənin maya dəyəri, hazırlanması, gətirilməsi, təqribən, 25-30 qəpiyə başa gəlir.

Mən anlayıram ki, qanunlarla bu qəpiklər tədavüldə olmalıdır, dövriyyədən çıxartmaq üçün qanunlarda dəyişikliklər lazımdır, amma, məntiq var - 1, 3, 5 qəpikliklərin dövriyyədə olması indiki inflyasiya, bahaçılıq, kartla ödənişlərin kəskin artdığı şəraitdə nəyə lazımdır?! Bəlkə kimlərinsə bu sikkələrin hazırlanmasında, daşınmasında marağı var?! Çünki dövlətin marağı ola bilməz, mayası nominalından 8-10 dəfə baha olan qəpik kimə lazımdır?!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam