Sabiq generalın müsadirə edilən əmlakı -ŞOK SİYAHI
Yenixeber.org: Ləğv edilmiş MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Sübahir Qurbanova məxsus daşınmaz əmlaklarda axtarış aparılan zaman müsadirə edilən nəqliyyat vasitələri, pul və qızıl-zinət məmulatları barədə Gununsesi.info məlumat əldə edib.
Belə ki, Cinayət işi üzrə əldə edilmiş sübutlarda Qurbanov Sübahir Xalıq oğluna məxsus Bakı şəhəri, Əhməd Cavad küçəsi ev 22, mənzil 85, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ev 88, mənzil 34, Novxanı bağları 3, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 19, mənzil 49, Bakı şəhəri, Əhməd Cavad küçəsi, ev 15, mənzil 48, Masallı rayonunun Qızılavar kəndində yerləşən yaşayış sahələrində və digər saxlanc yerlərində külli miqdarda pul, qızıl-zinət məmulatları, sənədlər və sair predmetlərin gizlədilməsinə əsaslar verdiyindən həmin ünvanlarda axtarış və götürmə istintaq hərəkətləri aparılmış və külli miqdarda nəqd pul əskinasları, qızıl-zinət məmulatları aşkar edilərək götürülub.
Axtarış zamanı Bakı şəhəri, Əhməd Cavad küçəsi ev 22, mənzil 85 ünvanında 25 noyabr 2015-ci il tarixdə aparılmış axtarış protokolundan görünür ki, həmin ünvanda dairəvi formalı sarı metaldan 1 ədəd sikkə, üzərində Avstriya İmperatoru Frans İosifin rəsmi əks olunmuş dairəvi formalı sarı metaldan 1 ədəd kulon, oval formalı 1 ədəd qədim sikkə, sarı və ağ metaldan 1 ədəd kəmər, üzərində tərəzi təsvir olan dairəvi formalı sarı metaldan 1 ədəd kulon, zəncir formalı sarı metaldan 1 ədəd boyunbağı, üzərində 3 ədəd iri sarı rəngli qaş olan ağ metaldan 1 ədəd boyunbağı, ağ metaldan 1 ədəd boyunbağı, üzərində 1 ədəd dairəvi formalı mirvari qaş olan qeyri-müəyyən formalı sarı metaldan 1 ədəd sırğa, üzərində ağ və qəhvəyi rəngli dairəvi formalı mirvari qaş və kiçik ölçülü 6 ədəd qaşlar olan ağ metaldan 1 ədəd üzük, sarı metaldan nal formalı 1 ədəd kulon, üzərində qaşlar olan 1 cüt sarı və ağ metal, üzərində mavi rəngli oval formalı iri qaş, kənarlarında isə xırda qaşlar olan gül formalı 1 ədəd bilərzik, üzərində “Geneva” sözü yazılmış sarı metaldan 1 ədəd qolbaq saatı, üzərində bir ədəd oval formalı qaş bərkidilmiş qeyri-müəyyən formalı kulon taxılmış 1 ədəd zəncir boyunbağı, üzərində çoxlu sayda qaşlar olan sarı və ağ metaldan 1 ədəd üzük, kənarında «Bulqari» sözləri yazılmış düzbucaq formalı, kəməri qara rəngli, süni dəridən 1 ədəd (rezin) qolbaq, üzərində hər birində iri qaş olan qəhvəyi rəngli metaldan 1 cüt sırğa aşkar edilərək götürülmüşdür.
Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ev 88, mənzil 34 saylı ünvanda 25 noyabr 2015-ci il tarixdə aparılmış axtarış protokolundan görünür ki, həmin ünvanda Sucayeva Dilrubə Skif qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair 03 vərəqdən ibarət JN 17087D nömrəli şəhadətnamə, Sucayev Fikrət Qulam oğlunun adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair 03 vərəqdən ibarət JN 14664D nömrəli şəhadətnamə, üzərində ağ rəngli qaşlar olan gümüşü rəngli 1 ədəd qələm, 1 ədəd “Zeyvə” xalçası və qovluqda həmin xalçanın rəyi, üzərində Heydər Əliyevin təsviri olan 1 ədəd sarı rəngli döş nişanı, üzərində “Naxçıvan Muxtar Respublikası, 1924-2009, 85 il, Azərbaycan Respublikası, 5 manat” yazıları olan gümüşü rəngli 10 ədəd sikkə, üzərində “Azərbaycan Respublikası, əlli manat, 1996, Məhəmməd Füzuli, 500 il” yazıları olan gümüşü rəngli 11 ədəd sikkə, 10 ədəd gümüşü xatirə sikkələrinin sertifikatları, üzərində səkkiz guşə və aypara işarəsi olan sarı rəngli metaldan 1 ədəd qalstuk sancağı, üzərində 1 ədəd ağ rəngli qaşı olan sarı və gümüşü rəngli metaldan olan 1 ədəd qalstuk sancağı, üzərində ağ rəngli qaşları olan sarı metaldan 1 ədəd qalstuk sancağı, səkkiz guşəli sarı metaldan olan 2 ədəd ulduzlar, “Dupont” markalı qara rəngli, sarı metaldan olan 1 ədəd qələm, “Duke” markalı üzərində “King Grow” yazısı olan, 5 ədəd ağ rəngli qaşları olan sarı metaldan örtülü 1 ədəd qələm, 4600 (dörd min altı yüz) manat pul, üzərində 90 il, “Heydər Əlirza oğlu Əliyev” yazısı olan sarı metaldan 1 ədəd sikkə, üzərində qılınc və aypara təsviri olan 2 ədəd sarı və gümüşü metaldan hərbi aypara, 1 ədəd “Toshiba” markalı notebook komputer, 8 ədəd fleş kartlar, 1 ədəd “Lexus” markalı nəqliyyat vasitəsinin açarı, dairəsi sarı metaldan, qara dəri kəməri olan 1 ədəd “Longines” markalı qol saatı, “Frederigue Constanat” markalı, qəhvəyi rəngli kəməri olan 1 ədəd qol saatı, “Dupont” markalı üzərində ağ rəngli qaşları olan 1 ədəd gümüşü metaldan qələm, “Swarovski” daşından düzəldilmiş 32 ədəd şahmat fiqurları, 1 ədəd “Canon” markalı İXUS 75 modelli fotoaparat, üzərində ayı şəkli həkk olunmuş sarı-gümüşü rəngli 1 ədəd xəncər,“SKC” markalı 1 ədəd video kasset, üzərində “İCE Special Agent” yazısı olan gümüşü rəngli metaldan 1 ədəd nişan aşkar edilərək götürülmüşdür.
Novxanı bağları 3 ünvanında 25 noyabr 2015-ci il tarixdə aparılmış axtarış protokolundan görünür ki, həmin ünvanda üzərində “Heydər Əliyev” yazılmış 3d formatlı kiçik həcmli 1 ədəd portret, sarı metaldan olan 1 ədəd xəncər (sertifikatı ilə), hərbi geyimli şəxslərin çəkdirdiyi 1 ədəd fotoşəkil,1 ədəd “visconti” markalı qələm, üzərində “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi” sözləri yazılmış 1 ədəd hədiyyə kompoziyası, 1 ədəd “maurice lacrtix” markalı qol saatı, 1 ədəd “İst dupont” markalı qələm, 4 ədəd disk, 2 ədəd audio kasset, sarı metaldan ibarət 1 ədəd qələm (sertifikatı ilə), sarı metaldan ibarət kvadrat formalı vizit kart üçün nəzərdə tutulan 1 ədəd əşya, 1 ədəd “Geneve” markalı qol saatı, Novxanı bağ sahəsinə aid qeydiyyat vəsiqəsi, N 019556 saylı qeydiyyat vəsiqəsinin surəti, Qurbanov Tariyel Tahir oğlunun adına olan N 197666 saylı qeydiyyat vəsiqəsi, 0160661 nömrəli alqı-satqı müqaviləsi, rus dilində yazılmış “DOGOVOR” N 055866 saylı sənəd, Erkin Qurbanzadənin adına olan 255515 nömrəli nəzarət kitabçası, Erkin Qurbanzadənin adına olan 05876693 nömrəli sənədin surəti, AG banka aid plastik kart, kapital banka aid plastik kart, 775870 nömrəli nikah haqqında şəhadətnamə, seyfdə olan 30.000 manat, 1650 ABŞ dollar pullar, 4 ədəd qızıla oxşar sikkə, 1 ədəd qalstuk saxlayan, 1 ədəd qadın üzüyü, 1 ədəd “FU HUANG” markalı qol saatı, kamotun siyirməsində olan 3550 manat, 2000 ABŞ dolları pullar, 1 ədəd “CHOPARD” markalı stolüstü saat, 1701476202 nömrəli qeydiyyat şəhadətnaməsi, DVR markalı videogörüntü əks etdirən kamera nəzarətinə aid aparat aşkar edilərək götürülmüşdür.
Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi ev 19, mənzil 49 ünvanında 25 noyabr 2015-ci il tarixdə aparılmış axtarış protokolundan görünür ki, həmin ünvanda qırmızı rəngli qabın içərisində sarı rəngli 1 ədəd metal boyunbağı, tünd qəhvəyi rəngli qabın içərisində 1 ədəd ağ rəngli metal qolbaq, 1 cüt ağ rəngli metal sırğa, 1 ədəd ağ rəngli üzük, tünd qırmızı qabın içərisində 1 ədəd “onluq” sikkə, sarı rəngli qabın içində üzərində “1 Yaş” sözü yazılmış sarı rəngli dairəvi formalı 1 ədəd metal, tünd göy rəngli qabın içərisində əqrəb formalı sarı rəngli 1 ədəd metal kulon, düzbucaqlı şəffaf qabın içərisində 1 ədəd sarı rəngli metal qolbaq, qu quşu formasında üzərində qaşlar olan 1 ədəd ağ rəngli metal kulon zənciri ilə birlikdə, ürək formalı üzərində parlaq qaşları olan ağ rəngli 1 cüt metal sırğa, 1 ədəd ağ rəngli metal boyunbağı, üzərində 13 ədəd parlaq qaşı olan metal 1 ədəd üzük, iç tərəfində “Libre” sözü həkk edilmiş 1 ədəd sarı rəngli metal üzük, iç tərəfində “Sade” sözü həkk edilmiş 1 ədəd sarı rəngli metal üzük, üst tərəfi parıldayan sarı rəngli 1 ədəd metal üzük, bir-birinə keçirilmiş üç ədəd halqalı sarı rəngli 1 ədəd metal üzük, üzərində qabarıq formada parlaq qaşı olan 1 ədəd üzük, üzərində 05 ədəd parlaq qaşı olan 1 ədəd üzük, üzərində bir ədəd parlaq qaşı olan 1 ədəd üzük, qaşı və bəzəyi olmayan 2 ədəd sarı rəngli metal üzük, orta hissəsində 07 ədəd parlaq qaşı olan gül formalı 1 ədəd kulon, qara rəngli “Rado” markalı 1ədəd qol saatı, 3 ədəd mobil telefon sim kartları,üzərində əl yazma və çap üsulu ilə yazılar olan 33 vərəq, 1 ədəd pasport, yaşıl üzlüyü olan 1 ədəd kitabça, 1 ədəd modem və 6 ədəd video kassetlər aşkar edilərək götürülmüşdür.
Bakı şəhəri, Əhməd Cavad küçəsi, ev 15, mənzil 48 ünvanında 25 noyabr 2015-ci il tarixdə aparılmış axtarış protokolundan görünür ki, həmin ünvanda üzərində “MARCO BİCEGO” sözləri yazılan tünd qəhvəyi rəngli qutunun içərisində sarı rəngli metaldan 1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd qolbaq, üzərində “Dupont” sözü yazılmış qutunun içərisində 1 cüt qol düymələri, qara rəngli qutunun içərisində ağ rəngli metaldan 1 ədəd boyunbağı, boz rəngli qutunun içərisində sarı rəngli metaldan 1 ədəd boyunbağı, tünd qəhvəyi rəngli qutunun içərisində 1 ədəd boyunbağı, üzərində “Ponte vecchio” sözləri yazılan ağ rəngli qutunun içərisində komplekt (1 cüt sırğa, 1 ədəd üzük və 1 ədəd boyunbağı), üzərində “MARCO BİCEGO” sözləri yazılan qutunun içərisində ağ rəngli metaldan 1 ədəd boyunbağı, qırmızı rəngli qutunun içərisində sarı rəngli metaldan 2 ədəd boyunbağı, açıq boz rəngli qutunun içərisində 3 ədəd üzük və 1 ədəd qolbaq, üzərində çoxlu sayda “RC” yazılan qutunun içərisində komplekt (1 cüt sırğa və 1 ədəd boyunbağı), üzərində “Leo Pizzo” sözləri yazılan qutunun içərisində 1 ədəd qaşlı üzük, üzərində “Leo Pizzo” sözləri yazılan qutunun içərisində 1 ədəd boyunbağı, üzərində “Leo Pizzo” sözləri yazılan qutunun içərisində 1 cüt sırğa, üzərində “Valcambi suisse” sözləri yazılan sarı metaldan dairəvi 1 ədəd sikkə, göy rəngli qutunun içərisində sarı metaldan dairəvi formada 2 ədəd 10-luq, 7 ədəd 5-lik sikkələr, üzərində “AUSTRALİAN KANGAROO” sözləri yazılan 1 ədəd sikkə, üzərində “Azərbaycan Respublikası 100 manat” sözləri yazılan 1 ədəd sikkə, şüşə materialdan olan qutunun içərisində üzərində “ELİZABETH II AUSTRALİA” sözləri yazılan 3 ədəd dairəvi sikkələr, 5000 avro, 6000 ABŞ dollar və 2000 ABŞ dolları pullar aşkar edilərək götürülüb.
Qurbanov Sübahir Xalıq oğlunun Masallı rayonunun Qızılavar kəndində olan evində 30 noyabr 2015-ci il tarixdə aparılmış axtarış zamanı həmin evdən LG markalı kompyuterin monitoru aşkar edilərək götürülüb.