Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Müsavat seçkini kimə və neçəyə satdı?

 

Müsavat Partiyası ötən gün qəbul etdiyi qərarla parlament seçkilərində iştirakını dayandırdı.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə qərar partiyanın divan iclasında verilib. Partiya seçkilərdən geri çəkilməsinə səbəb kimi siyasi məhbusların azad edilməməsi, ölkədə demokratik, şəffaf seçki mühitinin olmamasını əsas gətirib.

Müsavatın boykot qərarı və bu qərarın arxasında duran qaranlıq məqamlar ətrafında siyasət dəhlizlərində müxtəlif fikirlər, dedi-qodular səsləndirilir. Ən maraqlısı odur ki, hamıda “görəsən, nə qədər aldılar ki, geri çəkildilər?” deyə qeyri-ixtiyari fikir formalaşır. 

Pul məsələsinə bir qədər sonra qayıdacağıq, indi cənab Hacılının bəhanələrinə nəzər salaq:

Tutaq ki, ölkədə onların dediyi kimi, siyasi məhbus problemi var. Nədən Arif Hacılı və patronu İsa Qəmbər bunu bilə-bilə namizədliyini irəli sürdü? Bu gün seçkidən “siyasi məhbus” kartını ortaya atıb geri çəkilən insanlar bunu namizədliklərini irəli sürəndə düşünmürdülərmi? Burada paradoks yaranır: həm seçkinin saxtalaşdırılacağını düşünürsən, həm namizəd olursan və sonda geri çəkilirsən. 

Yaxud, ölkədə şəffaf seçki mühiti olmasaydı, bu partiyanın 30-a yaxın nümayəndəsi qeydiyyata alınardımı? Əlbəttə, yox.

Göründüyü kimi, birinci variant seçidən imtina üçün əsas deyil, gülünc və qeyri-səmimi bəhanədir. 
İkinci məqam: bəs, Müsavat niyə geri çəkildi?

Bu sualın cavabını partiyanın ötən həftə keçirdiyi mitinqdə və ATƏT Parlament Assambleyasının demokratiya və insan haqları komitəsinin sədri İzabel Santosun srağagün verdiyi bəyanatda axtarmaq lazımdır.



Müsavatın “Məhsul” stadionunda keçirdiyi seçki-mitinqi gözləniləndən də bərbad idi. Ölkənin “ana müxalifəti”nin məlum mitinqinə cəmi 100, ən çox halda 200 nəfər gəlmişdi. Nəzərə alsaq ki, onların da 50-si jurnalist, hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır, yerdə qalır 100-150 nəfər. Baxmayaraq ki, günlərdir sosial şəbəkələrdə, onlara yaxın KİV-lərdə mitinqin anonsu verilirdi, yenə gələn olmadı. İlk boykot oradan başladı, xalq Müsavatı növbəti dəfə “iqnor” etdi.

Mitinqdən sonra dəngələr dəyişdi. Müsavat rəhbərliyi gözəl başa düşürdü ki, 30 namizədin harayına 200 nəfər gəlibsə, bunu fərd olara bölsək, adama heç 10 nəfər də səs verməyəcək. Nəticədə partiya seçkidən məğlub ayrılacaq. 

Bu əsnada köhnə “priyom”lara əl atmağın tam zamanı idi. Müsavat “seçkiyə gedib, biabır olmaqdansa, qoy, boykot edək” taktikasını yenidən işə salmalı oldu. Bunu etmək üçün sərfəli məqam lazım idi. Bu da gecikmədi. Müxalifətin “baş kuratoru” İzabel Santos Azərbaycandakı seçkiləri pisləyən bəyanatla çıxış edərək radikallara nə etməli olduqlarının mesajını verdi.

Mandatdan əli çıxan Müsavatın “yeganə” çıxış yolu da Santosun tapşırığını yerinə yetirib, Qərbdəki dostlarının gözünə və cibinə girmək idi. Arif Hacılı fürsəti əldən vermədi. Santosun bəyanatından cəmi bir gün sonra boykot qərarı verildi. 

Məsələ məlumdur, Müsavat digər radikallar kimi Qərbdəki himayədarlarının əmrinə tabe olub, Azərbaycanı gözdən salmaq üçün boykot oyununa girdi. 

Bəs, görəsən Müsavat nə qədər aldı ki, boykota getdi? Bu sualın cavabı çox maraqlıdır.

 

AzVision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam