Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub-FOTOLAR

 

 

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Zəka Fest” inklüziv intellektual oyun turniri təşkil olunub.

Yenixeber.org: Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə “Şəkərbura Şou”nun təşəbbüsü, “Karlara Dəstək” İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir.


 

Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından istifadə edərək müxtəlif sualları cavablandırıblar. Yarışın nəticəsinə əsasən “Uğur” komandası birinci, “Qızıl” ikinci, “Cəsur” isə üçüncü yerə layiq görülüb. Qalib və digər iştirakçı komandalar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.


 

Qeyd edək ki, “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslərin informasiya və ünsiyyət imkanlarının artırılması istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq səviyyədə tanınır. Şirkət bu sahədəki sosial məsuliyyət təşəbbüslərinə görə nüfuzlu “Stevie” biznes mükafatına layiq görülüb. Yeni jest dili mobil tətbiqinin dəstəklənməsi də “Nar”ın bu istiqamətdə uzunmüddətli fəaliyyətinin məntiqi davamıdır və inklüziv cəmiyyətin qurulmasına töhfəsini daha da gücləndirir. Mobil operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan  əldə edə bilərsiniz.


Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam