Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“MSK bizim ərizəmizi rədd edə bilməz”

 

“Mərkəzi Seçki Komissiyası (MSK) heç bir halda Müsavat Partiyasının seçkini boykot qərarından imtina qərarı verə bilməz”.
"Xeberinfo.com":   Məlumata görə, bunu AzNews.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı MSK-nın partiyanın noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtinasına rədd cavabı verməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, MSK Müsavatın ərizəsini rədd edə bilməz: “Bu, seçki məcəlləsinə ziddir. Seçki Məcəlləsində açıq şəkildə göstərilir ki, hər bir namizəd istənilən vaxt seçkilərdə iştirak etməkdən imtina edib, öz namizədliyini geri götürə bilər. Xüsusi olaraq bir halda göstərilir ki, əgər bu, 10 gün əvvəl baş verərsə, onda həmin ad bülletenə yazılmaz. Amma digər hallarda isə adımız bülletendə qalır, amma məntəqə seçki komissiyasında bülletenlər seçicilərə verilərkən namizədliyini geri götürmüş şəxsin üstündən xətt çəkilir. Yəni heç bir halda MSK bizim seçkidən iştirakdan imtina etməyimizdən imtina qərarı verə bilməz. Bu, MSK-nın səlahiyyətində deyil”.

Qeyd edək ki, oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında seçkidə boykot etmək haqda qərar verib. MSK isə onların bu qərarını rədd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam