Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qurultay Müsavat partiyasında aranı qarışdırıb


 

Xeberinfo.com: “Mənim siyasi bioqrafiyamda heç bir ləkə yoxdur. Siyasi bioqrafiyasında qara ləkə olanlar təlaş keçirməlidirlər və düşünməlidirlər ki, mübarizəni ancaq ləyaqət çərçivəsində aparmaq lazımdır”, - bunu Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib.

S. Əlisoy Müsavat başqanlığına namizədliyini irəli sürəcəyini təkrarlayıb. Onun sözlərinə görə, bütün partiyalarda olduğu kimi, Müsavatda da bəzi fərdlər var ki, digərlərinə qısqanclıq edir: “Bir qrup partiya üzvü var ki, həmişə bir komandada olmaq istəyirlər. Elə hesab edirlər ki, başqan da onların təmsil olunduğu komandadan seçilməlidir. Bu bir xəyaldır, uzağa getməyən düşüncədir. Bu tip insanlar siyasətdə hər zaman olub və olacaq. Onların heç vaxt öz mövqeyi olmayacaq və hər zaman kiminsə mövqeyi, diqtəsi altında hərəkət edəcəklər. Mən öz mövqeyimi hər zaman sərbəst şəkildə bildirmişəm. Ümumiyyətlə, bolşevik şüarları səsləndirmək demokratiyaya, müsavatçılığa yaraşan hərəkət deyil. Partiyanın hər bir üzvünün seçkili orqanlarda iştirak etmək haqqı var. Bu gün bəziləri elə bilir çox güclüdür, ancaq biz seçkilərdə onların gücünün hara qədər olduğunu isbat edəcəyik".

S.Əlisoy partiyanın bəzi funksionerlərinin parlament seçkilərinə qədər qurultayın təxirə salınması barədə səsləndirdiyi fikirlərlə razılaşmayıb: "Qurultayın təxirə salınmasından söhbət gedə bilməz. Mən inanıram ki, qurultay keçirildikdən sonra yenilənmiş Müsavat ortaya çıxacaq və yenilənmiş Müsavatın gücü bugünkü Müsavatdan qat-qat artıq olacaq".

Onu da qeyd edək ki, bir neçə gündür mətbuatda müsavat partiyasının qurultayı gecikdirilməsiylə bağlı məlumatlar yayılır.

Partiya daxilində qurultayın gecikdirilməsi kimi təkliflərin olduğunu deyən Divan üzvü Tural Abbaslının sözlərinə görə, parlament seçkilərinə bir il qaldığı halda, qurultayın keçirilməsi Müsavatı əsas hədəfindən yayındıra bilər: “Düşünürəm ki, partiyanın əsas hədəfi seçkilər olmalıdır. Ancaq Nizamnaməyə görə, qurultay 4 ildən bir keçirilməlidir. Buna görə bizim siyasi, hüquqi baxımdan qurultayın gecikdirilməsinə qərar vermək səlahiyyətimiz yoxdur. Yəni, bu, bir arzu olaraq qala bilər. Bu kimi təkliflərin rəsmiləşdirilməsinin hüquqi qaydası yoxdur”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı da bildirib ki, partiyanın bir neçə funksioneri tərəfindən qurultayın parlament seçkilərindən sonra keçirilməsi barədə təklif irəli sürülsə də, bu, nə partiya rəhbərliyində, nə də Təşkilat Komitəsində dəstək tapıb: “Çünki qurultayın keçirilməsini Nizamnamə tələb edir. Bizə qurultayı keçirmək üçün yer ayrılmaması ciddi problemlər yaratdı. Ancaq təxminən bir ay əvvəl yaranmış vəziyyəti hərtərəfli müzakirə edərək, qurultayın sentyabrın 27-də keçirilməsini qərara aldıq”.

Partiyanın Divan üzvü Vurğun Əyyub isə hesab edir ki, qurultayı keçirmək Nizamnamənin tələbidi. Onun sözlərinə görə, Müsavatın qurultayının gecikməsi partiya əleyhinə təbliğat vasitəsinə çevrilib. O, partiyanın bəzi funksionerlərinin qurultayın parlament seçkilərindən sonraya saxlanılması barədə təklifi ilə razılaşmayıb: “Hər kəsin öz fikri var. Ancaq mən düşünürəm ki, Nizamnamənin tələblərini əsas tutaraq, qurultayı keçirməliyik”.

 V. Əyyub Müsavat başqanlığına namizədliyini açıqlayan Divan üzvü Qubad İbadoğlunun namizədliyini müdafiə edəcəyini də bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam