Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Aydın Kərimov: Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var

 

"Şuşada səhiyyə turizminin inkişafı üçün geniş imkanlar var".

Yenixeber.org xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Şuşada təmiz hava, gözəl təbiət var. Bunun, əlbəttə ki, səhiyyəyə, insanların sağlamlığına müsbət təsiri var. Səhiyyə turizminin inkişafında bu amil çox mühümdür. TƏBİB və Səhiyyə Nazirliyinin dəstəyi ilə Şuşada tibbi sahənin inkişafı təmin edilir. Turistlərin dincəlməsi, xüsusilə, cərrahi əməliyyatlardan sonra reabilitasiya xidməti üçün Şuşada əlverişli şərait var və biz bu məqsədlə otel sektorunun yaxşılaşdırılması üçün beynəlxalq ekspertlərlə konsultasiya aparır, onların bilik və bacarıqlarından istifadə edirik” - Aydın Kərimov qeyd edib.

Prezidentin xüsusi nümayəndəsi Şuşada 30-a kimi tarixi abidənin bərpa olunduğunu və abadlaşma işlərinin davam etdiyini bildirib, bir neçə ildən sonra bəzi infrastruktur layihələrinin də hazır olacağını qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam