"Rüfət Şərqdə ilk rəngli corab geyinən meyxanaçıdı" -Elcan Rüfəti ƏLƏ SALDI
Aktyor Elcan Rəsulov və meyxanaçı Rüfət Nasosnu arasında gülməli dialoq yaşanıb.
Yenixeber.org xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan məşhurlar bir- birilərinə söz atıblar.
Əvvəlcə Rüfət Elcandan daha yaraşıqlı olduğunu deyib: "Elcan "simpatiçni" oğlandı. Mənsə, olduqca "simpatiçni" oğlanam".
Meyxanaçıdan geri qalmayan Elcan da öz yumorunu işə salıb: "Rüfət Şərqdə ilk meyxana deyəndir ki, rəngli corab geyinir. İndiyə qədər heç bir meyxanaçı rəngli corab geyinməyib".