Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qarabağ"ın UEFA turnirlərində final və yarımfinalda oynayan tanış rəqibi -TANITMA


"Qarabağ"ın UEFA turnirlərində final və yarımfinalda oynayan tanış rəqibi -


"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi Macarıstan təmsilçisi "Ferentsvaroş" 1899-cu ildə yaradılıb.

Yenixeber.org-un məlumatına görə, klub həmin vaxt Ferenst Şpringer və bir qrup yerli sakin tərəfindən təsis edilib.

Komanda 36 dəfə Macarıstan çempionatının, 24 dəfə ölkə kubokunun, 6 dəfə isə Superkubokun qalibi olub. Klub ev oyunlarını 23 700 azarkeş tutumuna malik "Ferentsvaroş" stadionunda keçirir. "Ağ-yaşıllar"ın prezidenti Qabor Kubatov, hazırkı baş məşqçisi isə İrlandiya millisinin məşhur sabiq hücumçusu Robbi Kindir.

"Ferenstvaroş" azarkeşləri ilə də məşhurdur. Fanatlar müxtəlif vaxtlarda avrokubok və yerli matçlarda etdiklərinə görə klubun cərimələnməsinə səbəb olublar.

Macarıstan təmsilçisi ötən əsrdə UEFA turnirlərdə uğurlu çıxış edib. Klub 1971/1972 mövsümündə UEFA Kubokunda (hazırkı Avropa Liqası) yarımfinaladək yüksəlməyi bacarıb. "Ferentsvaroş" 1974/1975 mövsümündə UEFA Kuboklar Kubokunda final oynayıb. Komanda həmin vaxt həlledici görüşdə Ukraynanın "Dinamo" (Kiyev) kollektivinə 3 cavabsız qolla uduzub.


"Qarabağ"ın sabiq futbolçusu Julio Romao və İngiltərənin "Liverpul" klubu ilə titullar qazanmış Nabi Keyta bu komandada çıxış edir. Braziliyalı Kadi Borges məhz "ağ-yaşıllar"dan "köhlən atlar"a qayıdıb.


"Qarabağ"ın tarixində ikinci dəfə bu rəqiblə yolları kəsişəcək. Komandalar arasındakı ilk iki matç 2022-ci ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib. Həmin vaxt Bakıda baş tutan görüşdə heç-heçə qeydə alınıb - 1:1. Lakin “Qarabağ” səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən pley-offa adlayıb.

Qeyd edək ki, "Qarabağ" bu rəqibə qarşı ilk oyununu avqustun 19-da səfərdə, cavab matçını 27-də evdə keçirəcək. Azərbaycan çempionu əvvəlki raundda Şimali Makedoniyanın "Şkendiya", "Ferentsvaroş" isə Bolqarıstanın "Ludoqorets" kollektivini mübarizədən kənarlaşdırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam