Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Qəzzada atəşkəs HAMAS darmadağın edilmədən olarsa,..."

Benyamin Netanyahu

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, Qəzza zolağında radikal HAMAS hərəkatı darmadağın edilmədən atəşkəsin elan olunması Fələstin anklavında "sonsuz müharibəyə" səbəb olacaq.

Yenixeber.org: Bu barədə hökumətin həftəlik iclasında bildirib və baş nazirin sözlərini onun dəftərxanası yayıb.

“Bu gün HAMAS-ın darmadağın olunmadan müharibənin dayandırılmasına çağıranlar təkcə HAMAS-ın mövqeyini gücləndirmir və girovların azad edilməsini uzaqlaşdırmır, həm də 2023-cü il 7 oktyabr vəhşiliklərinin təkrar-təkrar baş verəcəyinə zəmanət verir”, – deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, bu halda İsrail hərbçiləri “dəfələrlə döyüşməyə məcbur olacaq və bu da sonsuz müharibə” deməkdir.

Baş nazir əlavə edib ki, “Qəzza zolağında daimi İsrailin təhlükəsizlik nəzarəti” müharibənin dayandırılması üçün şərtlərdən yalnız biridir və HAMAS bunları qəbul etmir. “Biz yalnız HAMAS-ın tərksilah olunmasında israr etmirik, həm də İsrailin uzunmüddətli perspektivdə bölgənin demilitarizasiyasını təmin etməsi, silahlanma cəhdlərinə və hər hansı terrorçu qruplaşmanın yenidən təşkilatlanmasına qarşı daim fəaliyyət göstərməsində israr edirik”, – deyə o davam edib.

Netanyahunun sözlərinə görə, HAMAS tam əksini tələb edir, İsrailin bütövlükdə sektordan – onun şimal və cənub hissələrindən, qaçaqmalçılığın qarşısını alan Filadelfiya dəhlizindən, İsrail yaşayış məntəqələrini qoruyan təhlükəsizlik zonasından çıxmasını istəyir. “Beləliklə, HAMAS yenidən qruplaşa, silahlanaraq yenidən bizə hücum edə biləcək”, – deyə baş nazir vurğulayıb. – “Ona görə də girovların azad olunmasını sürətləndirmək və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək üçün biz başladığımızı başa çatdırmalı və HAMAS-ı darmadağın etməliyik”. “Məhz belə qərar keçən həftə kabinet tərəfindən qəbul olunub”, – deyə Netanyahu fikrini yekunlaşdırıb və İsrailin “bu qərarı həyata keçirməkdə qətiyyətli” olduğunu bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam