Redaktor seçimi
Pandemiyadan pandemiyaya - 
Biznesmen Qulam Ələkbərovun biznesmen kürəkəni Anar Məmmədov Milli Məclisdə necə yer alıb? -
Direktor Gülnaz Dadaşovanın qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... -
"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı -
Şin çayının sahilbərkitmə işlərinə ayrılan milyonlar mənimsənilib -
Mark pulumuzu necə “oğurlayır” –
Deputat Sabir Hacıyevin oğlunun biznesi üzə çıxdı -
Təhsil Tələbə Krediti Fondunda ŞÜBHƏLİ SATINALMA: Tenderdə qalib gələn MMC qurumun sədrinə məxsusdur? -
Günün xəbəri

Bu il dünyasını dəyişən əcnəbi məşhurlar– FOTO

Bu il dünyasını dəyişən əcnəbi məşhurlar

 

 

Cari ildə dünyasını dəyişən əcnəbi məşhurlar

Yenixeber.org: 

Dekabrın 5-də fransalı yazıçı Jan d’Ormesson 92 yaşında vəfat edib.

Dekabrın 4-də hindistanlı aktyor və rejissor Şaşi Kapur 79 yaşında dünyasını dəyişib.

Amerikalı aktyor Rens Hovard noyabrın 25-də 90 yaşında vəfat edib.

22 noyabrda Rusiyanın tanınmış opera müğənnisi Dmitri Xvorostovski Londonda dünyasını dəyişib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Amerikalı aktyor və müğənni Devid Kessidi noyabr ayında 67 yaşında vəfat edib.

Noyabr ayında həmçinin məşhur “Taxt oyunları” serialının operatoru Mark Milsom 54 yaşında faciəli şəkildə dünyasını dəyişib. Hadisə “The Forgiving Earth” serialının gecə çəkilişi zamanı baş verib. O, kaskodyarların avtomobillə bağlı tryuklarının yerinə yetirilməsi zamanı həlak olub.

“Üç muşketyor”un aktyoru, fransız aktyor Rober İrş 16 noyabrda, 92 yaşında dünyasını dəyişib.

16 noyabrda həmçinin amerikalı reper Lil Pipin 21 yaşında yüksək dozada narkotik vasitə qəbulundan öldüyü bildirilib.

Argentina və italiyalı bəstəkar, pianoçu Luis Enrikes Bakalov da noyabr ayında, 85 yaşında dünyasını dəyişib. O, ürəyin işemik xəstəliyi diaqnozu ilə Romada yatdığı xəstəxanada vəfat edib.

Noyabrda vəfat edən digər məşhur “Qızıl qlobus”, “Emmi” mükafatları laureatı, amerikalı aktyor Con Hillermandır. O, Hyustondakı evində 84 yaşında dünyasını dəyişib.

1967-ci ildə çəkilən “Agent 007” filmində Ceyms Bondun sevgilisi obrazını canlandıran almaniyalı aktrisa Karin Dor da noyabrda vəfat edib. O, 79 yaşında Münhendəki qocalar evində dünyasını dəyişib.

Noyabrda vəfat edən digər məşhur rusiyalı yazıçı Vladimir Makanindir. O,  81 yaşında həyatla əbədi vidalaşıb.

Oktyabr ayında amerikalı aktyor Robert Giyom 89 yaşında Los-Ancelesdə vəfat edib. O, uzun müddət prostat vəzi xərçəngindən əziyyət çəkib.

Oktyabrın 20-də Argentinanın məşhur aktyoru Federiko Luppi 83 yaşında dünyasını dəyişib. Aktyorun ölümünə subdural hematomanın (beynin sərt qişası ilə hörümçək toruna bənzər qişası arasında qanın toplanması) ağırlaşması səbəb olub.

Oktyabrda həmçinin fransız aktrisa Daniel Darye dünyasını dəyişib. O, 100 yaşında, Fransanın cənubunda yerləşən evində vəfat edib.

5 oktyabrda fransalı aktrisa və yazıçı Ann Vyazemski 70 yaşında vəfat edib. Onun onkoloji xəstəlikdən öldüyü bildirilib.

ABŞ-da tanınmış rok ifaçısı Tom Petti oktyabrda, 66 yaşında dünyasını dəyişib. T.Petti Malibuda öz evində huşsuz halda tapılıb. Xəstəxanaya çatdırılan musiqiçinin həyatını xilas etmək mümkün olmayıb. Onun ürəyinin dayandığı bildirilib.

Sentyabr ayı isə məşhur “Playboy” jurnalının təsisçisi Hyu Hafnerin vəfatı ilə yadda qalıb. O, 91 yaşında öz evində dünyasını dəyişib.

Sentyabrda soul janrının məşhur ifaçılarından Çarlz Bredli 69 yaşında Nyu-Yorkda vəfat edib. Müğənni mədə xərçəngindən əziyyət çəkirdi.

Rusiyanın tanınmış opera müğənnisi Zurab Sotkilavada sentyabrda dünyasını dəyişib. O, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Sentyabrda həmçinin 90 yaşlı rejissor Myurrey Lerner Nyu-Yorkda, evində dünyasını dəyişib. Onun ölümünə böyrək çatışmazlığı səbəb olub.

Avqustda “TRT”-nin unudulmaz xəbər aparıcısı Mesut Mertcan yaşadığı Adana Qocalar Evində 71 yaşında dünyasını dəyişib. Müxtəlif xəstəliklərdən əziyyət çəkən aparıcı əlil arabasına məhkum olmuşdu.

Amerikalı aktyor Cey Tomas avqust ayında 69 yaşında vəfat edib. Aktyor xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Məşhur amerikalı komediya aktyoru Cerri Lyuis də avqustda vəfat edib.O, Las-Veqasdakı evində, 91 yaşında dünyasını dəyişib.

Avqust ayında daha bir məşhur amerikalı aktyor, ictimai xadim, yazıçı və komediya ustası Dik Qreqori 85 yaşında vəfat edib.

16 avqustda keçmiş SSRİ-nin və Rusiyanın tanınmış aktrisası Vera Qlaqoleva 61 yaşında, ABŞ-da dünyasını dəyişib.

“Yeşilçam”ın məşhur aktyoru Kuzey Vargın da avqust ayında 74 yaşında dünyasını dəyişib.

ABŞ-lı aktrisa və müğənni Barbara Kuk 89 yaşında vəfat edib. Onun ölümünə səbəb tənəffüs dayanması olub.

Uzun müddət Altsheymer xəstəliyindən əziyyət çəkən amerikalı musiqiçi və aktyor Qlen Kempbell 81 yaşında dünyasını dəyişib.

“Harry Potter”də rol alan məşhur aktyor Robert Hardi Londondakı təqaüdçü aktyorların yaşadığı evdə, 91 yaşında vəfat edib.

İyul ayı da əcnəbi məşhurların itkisi ilə yadda qalıb. Həmin ayda Fransanın kino və teatr aktyoru Klod Riş 88 yaşında vəfat edib.

Türkiyəli müğənni Harun Kolçak 62 yaşında dünyadan köçüb. H.Kolçak təxminən 3 il prostat xərçəngi ilə mübarizə aparıb.

“Miss Qırğızıstan – 2013”-ün qalibi Cibek Nukeyeva iyulda dünyasını dəyişib. C.Nukeyeva İtaliya, Türkiyə və İsrailin ən yaxşı xəstəxanalarında müalicə alması, həyatının son anına qədər xərçəng xəstəliyi ilə mübarizə aparmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Amerikalı rejissor, “Canlı ölülərin gecəsi” filminin müəllifi Corc Romeo da bu ilin yayında vəfat edib. Rejissor uzun zaman idi ki, ağciyər xərçəngi xəstəliyindən əziyyət çəkirdi.

İyulda həmçinin türk kinosunun əfsanəvi aktyoru Fikrət Hakanağciyər xərçəngindən müalicə aldığı İstanbul Lütfi Kırdar Kartal Təhsil və Araşdırma Xəstəxanasında 83 yaşında vəfat edib.

“İvanuşki- International” qrupunun keçmiş solisti Oleq Yakovlevbu ilin iyununda dünyasını dəyişib.

SSRİ-nin Xalq artisti Aleksey Batalov da həmin ay 89 yaşında vəfat edib. Batalov bud sümüyünü sındırdıqdan sonra müalicə aldığı Moskva xəstəxanalarının birində dünyasını dəyişib.

May ayında “Kurtlar Vadisi Pusu”nun aktyoru Payidar Tüfekçioğlu dünyasını dəyişib. Qaraciyər nəqli üçün donor gözləyən aktyor müalicə aldığı xəstəxanada vəfat edib.

Aprel ayında isə “Yeşilçam”ın aktyoru Bülent Kayabaş 72 yaşında dünyasını dəyişib. Aktyor ağciyər xərçəngindən əziyyət çəkirdi.

Bu ilin fevralında isə məşhur türkiyəli prodüser və rejissor Ayşe Ersay müğənni Ajda Pekkanın evində infarkt keçirərək dünyasını dəyişib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam