Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Alyaskada ABŞ-Rusiya zirvəsi:“üçün üçə” danışıqlar və liderlərdən bəyanatlar

Vladimir Putin: “Tramp ABŞ Prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı”

Yenixeber.org: Donald Tramp: “Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, razılığa gəlmək üçün şans yüksəkdir”

Bu gün Alyaskada ABŞ-Rusiya zirvəsi baş tutub. Əvvəlcə ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin arasında “üçün üçə” formatında danışıqlar keçirilib. ABŞ tərəfdən görüşdə Tramp, dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Rusiya tərəfdən isə Putin, xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov iştirak ediblər.

Danışıqlar “Elmendorf-Riçardson” hərbi bazasında baş tutub. İlk görüntülərdən sonra jurnalistlər görüş salonundan çıxarılıblar və danışıqlar medianın iştirakı olmadan davam edib.

Bundan sonra Rusiya və ABŞ liderləri mətbuat qarşısına çıxıblar. Mətbuat konfransı Alyaskadakı hərbi bazada Arktika Döyüşçülərinin Konqres Mərkəzində keçirilib.

200-ə yaxın rusiyalı və amerikalı jurnalist zalda olub.

ABŞ prezidenti Donald Trampla görüşdən sonra Rusiya Prezidenti mətbuat konfransında çıxış edib. Putin Trampla çox yaxşı birbaşa əlaqələr qurduğunu bildirib. Putin həmçinin əmin olduğunu bildirib ki, Tramp ABŞ Prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı. O Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, “Ukrayna xalqını qardaş” hesab etdiyini və baş verənlərin “faciə və böyük ağrılı hadisə” hesab etdiyini deyib.

Bundan başqa Putin Ukraynadakı münaqişəyə son qoyulacağına, Kiyevin və Avropanın böhranın həllinə mane olmayacağına ümid etdiyini söyləyib.

“Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, razılığa gəlmək üçün şans yüksəkdir”. Bu sözləri isə mətbuat konfransında çıxış edən Tramp deyib. ABŞ lideri Putinlə görüşünün olduqca məhsuldar olduğunu vurğulayaraq növbəti dəfə Putinlə çox yaxın zamanda danışacağını gözlədiyini bildirib.

Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşan Tramp bunun maraqlı təklif olduğunu deyib. Bundan başqa Tramp Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını qeyd edib.

Tramp həmçinin bildirib ki, onun fikrincə, Putin Ukrayna münaqişəsinin sona çatmasında özü qədər maraqlıdır.

Putin və Tramp mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırmayıblar və görüşün nəticələri ilə bağlı açıqlamalar verdikdən sonra konfransı tərk ediblər.(Ayna)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam