Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Babək prospektində iki xanım sürücü arasında utancverici insident -RÜSVAYÇILIQ

media-98

Babək prospektində iki xanım sürücü arasında utancverici insident baş verib.

media-98

Yenixeber.org: Məlumata görə,  13 avqust 2025-ci il saat 16:00 radələrində Babək prospektində (şəhər istiqamətində) baş verən insident bir daha göstərdi ki, bəzi sürücülər hələ də yol hərəkəti mədəniyyətindən, qarşılıqlı hörmətdən xəbərsizdir.

İzləyicimizin bildirdiyinə görə, Babək prospektində ötmə əməliyyatı etdiyi vaxt arxadan gələn 18-BH-572 dövlət qeydiyyat nişanlı Hyundai Santafe markalı avtomobilin xanım sürücüsü işıq və səs siqnalı ilə yol istəyib. Lakin ön və sağ tərəfdə hərəkətdə olan digər avtomobillərə görə həmin an yol vermək mümkün olmayıb.

Buna baxmayaraq, arxadan gələn xanım sürücü yanından keçərkən əl işarəsi ilə nəlayiq hərəkət nümayiş etdirib və təhqiredici ifadələr işlədərək yoluna davam edib. Bir qədər sonra qarşıda yaranan tıxacdan istifadə edən izləyicimiz cavab verdikdə isə, Hyundai Santafe sürücüsü maşından düşərək zor tətbiq edib, izləyicimizin əlindəki telefonu alaraq ona fiziki təzyiq göstərib.

Belə hərəkətlər nəinki qadın sürücülərə, ümumiyyətlə, cəmiyyətə yaraşmır. Bir xanımın digər xanıma qarşı bu cür aqressiv davranışı, üstəlik fiziki təzyiq göstərməsi, həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Yol hərəkəti mədəniyyəti qaydaları ilə yanaşı, elementar insanlıq qaydalarının da pozulduğu bu hadisə, şəhər yollarında qarşılıqlı hörmətin nə qədər zəiflədiyini açıq şəkildə ortaya qoyur.(patrulaz.az)

Video Player



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam