Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Yeni rəis Rəşad Əhmədov məhkumları incidir

2014-cü ildə bilməyərəkdən adam öldürmə cinayətində iştirakı səbəbindən 15 il müddətinə azadlıqdan məhrum edilmiş Rauf Rəhimovun cəza çəkdiyi müəssisədə təzyiqlərə məruz qaldığı bildirilib.
Yenixeber.org: Redaksiyamıza ünvanlanan məktubda qeyd olunub ki, 9 saylı cəzaçəkmə müəssisəsinə yeni təyin olunmuş rəis Rəşad Əhmədov nümunəvi məhkum Rauf Rəhimovun hüquqlarını pozur:
"Məhkum Rauf Rəhimov 2016-cı ildən etibarən 8 saylı cəzaçəkmə müəssisəsində 'rəssam' kimi çalışıb, bu müddət ərzində dörd dəfə peşə təhsili alıb və nümunəvi davranışına görə 26 dəfə həvəsləndirmə tədbiri tətbiq edilib.
İndi isə yeni rəis onu işdən azad olunmasına dair ərizə yazmağa məcbur edir. Əks halda, başqa müəssisəyə köçürüləcəyi ilə təhdid edir".
Məktubda qeyd olunub ki, rəis bilərəkdən məhkum Rauf Rəhimovun telefon və video görüşlərini, eləcə də anası tərəfindən göndərilən dərmanların qəbulunu məhdudlaşdırır.

 
Məlumata görə, Rəhimov xroniki böyrək çatışmazlığından əziyyət çəkir və ömürlük dərman müalicəsinə ehtiyacı var.
"Məhkumun öz vəsaiti hesabına aldığı dərmanların ona verilməməsi haqsızlıqdır", — məktubda vurğulanır.Şikayətçi aidiyyəti dövlət qurumlarından məhkumun səsləndirdiyi iddialara diqqətlə yanaşmağı və hüquqlarının bərpasına kömək göstərməyi xahiş edir.(anxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam