Qida Sənayesi Kollecinin hüquqşünası direktor və bir qrup əməkdaşı məhkəməyə verdi -SƏBƏB

Qida Sənayesi Kollecində hüquqşünas Aynurə Muradova ilə direktor Sevinc Həmzəyeva arasında yaranan gərginlik məhkəmə müstəvisinə keçib.
Yenixeber.org: Əldə etdiyimiz məlumata əsasən, Aynurə Muradova kollecdə direktor və ona yaxın şəxslər tərəfindən təqib edilməsi, əsassız olaraq töhmət verilməsi və fəaliyyətinə süni maneələr yaradılması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət edib.
Onun sözlərinə görə, 15 iyul 2025-ci ildə keçirilən Pedaqoji Şurada direktor ona verilən səlahiyyətləri aşaraq tələbə Ülvi Əzizovun şəxsi həyatını müzakirəyə çıxarıb. Muradova buna etiraz etdikdə, Sevinc Həmzəyeva hüquqşünasa qarşı Nizam-İntizam Komissiyasının toplanmasını tələb edib.
Bakunews.az: A.Muradova bildirib ki, həmin gün səhhətində problem yarandığı üçün komissiya iclasına qatılmayıb:
"Pedaqoji Şuradan sonra səhhətim pisləşdi, qıcolma və təzyiq səbəbindən təcili yardım çağırıldı. Buna görə komissiya iclasına getmədim. Ertəsi gün yenidən iclas təyin etdilər, amma mənim şərləndiyim saxta iclasda iştirak etməyimin mənası yox idi" – deyə vurğulayıb.
Onun sözlərinə görə, töhmət qərarı ilə tanış olması üçün sənədin surətini tələb etsə də, bu sənəd ona təqdim edilməyib və imza atmaqdan imtina edib. Muradova əlavə edib ki, həmin anların video görüntüləri də mövcuddur.
Pedaqoji Şuranın əsas vəzifələri
Hüquqşünas əlavə edib ki, qanun pozuntularına görə Sevinc Həmzəyeva barəsində ikinci bir müraciətlə ayrıca məhkəməyə də şikayət ünvanlayıb.
Haşiyə:
Ağdam Rayon Məhkəməsinə müraciətin əslində, direktorun idarəsində işləyən şəxslər barəsində dəqiq məlumatlara belə sahib olmamasını ortaya qoyduğu ehtimal edilir. Bu isə idarəçilikdəki problemlərin dərinliyindən xəbər verir. İlkin ehtimallara görə, məhkəməyə müraciətin əsas motivi daha çox yuxarı instansiyalara “mən haqlıyam, mənə toxunmayın” mesajını ötürmək olub.
Bununla yanaşı, Aynurə Muradova görüntü yaratmaq niyyətində olmadığını, əksinə, qanunun real işləməsini sübut etmək istədiyini açıq şəkildə bəyan edir. O, Qida Sənayesi Kolleci ilə bağlı baş verənləri aidiyyəti qurumlara təqdim etdiyini, nəticə olmadığı üçün ictimailəşdirdiyini bildirir ki, bu da mövcud prosedur qaydalarına tam uyğundur.
Muradova hazırda Nizami Rayon Məhkəməsində baş tutacaq proseslərə bütün jurnalistləri dəvət edir və məhkəmə öncəsi və sonrası açıqlama verəcəyini bildirir. Onun bu açıq mövqeyi və cəsarətli addımı, şübhəsiz, diqqətəlayiqdir.(Bakunews.az)