Ukraynanın itkiləri yeniləndi -STATİSTİKA
Rusiya müharibənin 1270-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 665 təyyarəsi, 283 helikopteri, 77 659 PUA-sı, 625 zenit-raket kompleksi, 24 598 tank və digər zirehli texnikası, 1 586 reaktiv yaylım atəş sistemi, 28 581 artilleriya və minaatanı, 39 749 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.