Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

“‘Uğur 777’ Estetik Mərkəzi ilə bağlı şok iddialar - Döyülən pasiyent, lisenziyasız əməliyyatlar -DE-FAKTO

media-img_7932

Bakı şəhəri, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi 176H ünvanında fəaliyyət göstərən “Uğur 777” Estetik Mərkəzi ilə bağlı redaksiyamıza ciddi və narahatedici iddialar daxil olub. Mərkəzin rəhbəri Xəyalə İsmayılova Aydın qızı və digər əməkdaşların adı bu iddialarda xüsusi olaraq hallanır.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, estetik prosedur üçün klinikaya müraciət edən bir pasiyent əməliyyatdan sonra güzgüdə öz görünüşünü görəndə əməliyyatın qənaətbəxş olmadığını və nəticənin gözləntilərdən çox uzaq olduğunu bildirib. Hadisənin şokunu yaşayan pasiyent emosional vəziyyətini cilovlaya bilməyərək ətrafda olan suvenir əşyanı yerə çırparaq sındırıb.

İddiaya görə, bu zaman estetik mərkəzin rəhbəri Xəyalə İsmayılova həmin pasiyentə qarşı fiziki güc tətbiq edib – onun saçından tutaraq yerə yıxıb və döyməyə başlayıb. Ardınca klinikanın digər əməkdaşları da pasiyentin üzərinə hücum edib. Məlumata əsasən, yalnız bir-iki əməkdaş vəziyyəti sakitləşdirmək üçün müdaxilə edib.

Daha ağır iddia isə mərkəzin lisenziyasız fəaliyyət göstərməsi ilə bağlıdır. Məlumata görə, “Uğur 777” Estetik Mərkəzinin nə əməliyyat keçirmək üçün rəsmi icazəsi var, nə də rəhbərlik və tibbi heyət arasında əksər şəxslərin diplomu və peşə hazırlığı mövcuddur.

Əməliyyatlar zamanı anestezioloqun olmaması da iddialar arasındadır. Belə ki, pasiyentlərə Tramadol adlı narkotik tərkibli dərmanın vurulduğu bildirilir. İddialara görə, bu proses Rəsmiyyə adlı tibb bacısı tərəfindən həyata keçirilir və pasiyentlərə bu barədə əvvəlcədən məlumat verilmir. Daha sonra baş verə biləcək neqativ hallarda isə pasiyentlərə “qanında narkotik tapılar, polisə şikayət etsən narkoman kimi məsuliyyət daşıyarsan” kimi təhdidlər yönəldildiyi iddia olunur.

Digər diqqətçəkən məsələ isə mərkəzdə həkim kimi fəaliyyət göstərən Firuzə Əliyeva ilə bağlıdır. Verilən məlumata əsasən, o, əvvəllər başqa bir estetik klinikada təmizlikçi vəzifəsində çalışıb və orada əməliyyat otağında apardığı müşahidələr əsasında özünü həkim kimi təqdim edir və əməliyyatlara müdaxilə edir.

Mərkəzin rəhbəri Xəyalə İsmayılovanın həyat yoldaşı Rüstəm adlı şəxs barədə də narahatedici iddialar səsləndirilib. Məlumatlara əsasən, o, mərkəzə qarşı çıxan şəxsləri kriminal aləmlə təhdid edir, özü isə narkotik vasitələrdən istifadə edir. Bildirilir ki, Rüstəm son vaxtlar reabilitasiya mərkəzində müalicə alsa da, istifadəyə davam edir.

Məsələni araşdırmaqda davam edirik və qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.(patrulaz.az)

Bu məqalədə əks olunan məlumatlar iddia xarakterlidir və qarşı tərəfin mövqeyi öyrənildikdən sonra əlavə məlumatla yenilənəcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam