Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Rusiya bu bölgəyə 100 min əsgər toplayıb...

Rusiya Xarkovla sərhəddə qoşun toplayıb, cəsədlər üçün 45 min sellofan paket alıb – ŞOK İDDİA

Hazırda bütün toqquşmaların üçdə biri məhz Pokrovsk şəhərində qeydə alınır. Hazırda da Rusiya tərəfi Donetsk vilayəti istiqamətində 100 min əsgər yerləşdirib.

Yenixeber.org: Bu sözləri ukraynalı hərbi ekspert Sergey Qrabski bildirib.

Onun sözlərinə görə, bu çox güclü bir təzyiqdir və ona görə də hazırda Pokrovsk istiqamətində vəziyyət daim gərgin olaraq qalır.

“Ukrayna hərbçiləri mövqelərini qoruyur və panikaya düşmürlər. Döyüşlər müxtəlif istiqamətlərdə davam edir. Rusiya ordusu ərazidə texnika tətbiq edə bilmir. Ona görə də bunu kiçik piyada qruplarını istifadə etməklə əvəz etməyə çalışır. Bu əslində “sızma taktikasıdır”. Biz məhz bu sızmalara qarşı mübarizə aparırıq.

Hazırda əməliyyatları davam edir və qarşı tərəf Pokrovsk istiqamətində sözün əsl mənasında “ilişib qalıb”. Bu səbəblə həmin istiqamətdən geri çəkilmə imkanı yoxdur.

Novopavlivka və Zaparojye istiqamətlərində isə biz indiyədək məhdud miqyaslı döyüşləri müşahidə edirik.

Qısaca, hazırda Donetsk istiqaməti, xüsusilə də Pokrovskla Konstantinovka arasındakı sahə həm Ukrayna, həm də Rusiya tərəflərinin ən çox qüvvə və resurs sərf etdiyi əsas döyüş zonasına çevrilib” – deyə ekspert bildirib.

Ekspert əlavə olaraq bildirib ki, Pokrovsk şəhərini ələ keçirməyə deyil, həm də bu şəhərə aparan logistik yolları kəsmək cəhdlərinə də davam edir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam