Hakan Fidan London və Parisə gedəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Britaniya və Fransaya səfər edəcək.
Yenixeber.org: H.Fidan bu gün Londona, sabah isə Parisə gedəcək.
O, səfər çərçivəsində Britaniyanın Baş naziri Rişi Sunak və Fransa Prezidenti Emmanuel Makronla görüşlər keçirəcək.
Danışıqlar zamanı Qəzzada müharibənin dayandırılması və atəşkəsin təmin olunması məsələləri müzakirə ediləcək.(“TRT Haber”)