Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sərvəti kraldan iki dəfə çox olan baş nazir - Sunak kimdir?

Sərvəti kraldan iki dəfə çox olan baş nazir - Sunak kimdir?

Bu gün Böyük Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak ölkənin yeni Baş naziri seçilib. Onun baş nazir postu uğrunda əsas rəqibi, xanım siyasətçi Peni Mordont danışıqlar zamanı namizədliyini geri götürüb. Bununla da Sunak Baş nazir vəzifəsinə sahib olub.

Yenixeber.org: Britaniyanın ağdərili olmayan ilk Baş naziri Sunakın 730 milyon funt-sterlinq sərvəti var. O, kral ailəsindən iki dəfə çox zəngindir.

Keçmiş hökumət rəhbəri Boris Consonun Baş nazir vəzifəsinə namizədlikdən imtina etməsindən sonra Sunak favorit sayılırdı. Onun şansları yüksək qiymətləndirilirdi. Nəticədə, gözlənilən oldu.

42 yaşlı Sunak Mühafizəkarlar Partiyasının sədr kürsüsündə keçən həftə vəzifəsindən istefa verən Liz Trassı əvəz edəcək. Bununla da Sunak iki ayda Britaniyanın sayca üçüncü baş naziri kimi tarixə düşəcək. 

Var-dövlətinə görə, sadə insanlardan uzaq düşdüyü deyilən Sunakın siyasi böhrandan çıxa bilməyən Böyük Britaniyanın maliyyə nüfuzunu bərpa etmək üçün böyük büdcə kəsirləri edəcəyi gözlənilir. O, növbəti həftələrdə baş nazir kreslosuna əyləşərək, rəsmən fəaliyyətə başlayacaq.

Bəzi mənbələr onun iyul ayından bəri Baş nazir olma planlarını gündəmə gətirib. Belə ki, Sunak cari ilin iyul ayında maliyyə naziri vəzifəsindən istefa verərək, Consonun tənəzzülünü sürətləndirib. Ardınca Boris Conson vəzifəsini tərk etməli olub. Lakin sürpriz istefalar Britaniyanı düşdüyü ağır durumdan xilas etməyib.

Cəmi 45 gün hakimiyyətdə qalan Lis Trassın yerinə gələcək Sunakdan gözləntilər böyükdür. 140-dan çox deputatın dəstəyi ilə baş nazir seçilən Hindistan əsilli siyasətçiyə Britaniyanın xilaskarı kimi baxırlar. Ümid edilir ki, o, Conson və Trassın səhvlərini təkrarlamayacaq, ölkəni iqitisadi böhrandan qurtaracaq.

         Sunakın tərcümeyi-həyatı

Oksford Universitetini bitirdikdən sonra Stanford Universitetində təhsil alan və analitik işləyən Sunak hindistanlı milyarder Narayana Murtinin qızı Akshata Murthy ilə evlənib. Cütlüyün iki qızı var.  

730 milyonluq sərvətlə ölkənin ən zəngin şəxsləri sırasında yer alan Sunak maliyyə naziri olduğu müddətdə dəbdəbəli həyatı, malikanəsi və avtomobilləri, bahalı geyimləri ilə tənqid hədəfinə tuş gəlib. Sunak ölkə tarixində İngiltərə kral ailəsindən daha zəngin olan ilk Baş nazirdir.

İngiltərə kralı III Çarlz və onun həyat yoldaşı Kamillanın sərvəti təxminən 350 milyon funt sterlinq qiymətləndirilir ki, bu da Sunak və həyat yoldaşı Akşata Murtinin ümumi sərvətinin yarısından azdır. 

Sunakın ailəsi ilə birlikdə yaşadığı 5 otaqlı malikanənin qiyməti təxminən 7 milyon funt-sterlinqdir. Onun digər mülkləri mətbuata məlum deyil. 

Onu da bildirək ki, Sunak daha əvvəl seçki kampaniyası zamanı qiyməti minlərlə dollar olan “Prada” markalı ayaqqabısı ilə sakinlərin qəzəbinə tuş gəlmişdi.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam