Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

ABŞ-ın “Brexit”dəki marağı nədir? – TƏHLİL

ABŞ-ın “Brexit”dəki marağı nədir? – TƏHLİL
Britaniyanın baş naziri Boris Consonun xahişi ilə kraliça II Yelizavetanın ölkə parlamentinin fəaliyyətini 5 həftə müddətinə dayandırması ciddi narazılığa səbəb olub. Paytaxt da daxil olmaqla, ölkənin bir neçə iri şəhərində etiraz mitinqi keçirilərək, hökumətin bu adımına qarşı şüarlar səsləndirilib. Boris Conson Britaniyanı diktaturaya sürükləməkdə ittiham edilir. Parlamentin fəaliyyətinin dayandırılması hökumətə “breksit” məsələsində maneəsiz qərar qəbul etmə imkanı yaratmaq məqsədi daşıyırdı.
Yenixeber.org:  Maraqlıdır ki, ABŞ prezidenti Britaniyanın tez bir zamanda Avropa Birliyindən çıxmasında xüsusilə maraqlıdır və bu prosesi tezləşdirmək üçün əlində olan bütün imkanlardan istifadə edir. “Breksit” ətrafında son illərdə gedən proseslərin təhlili onu deməyə əsas verir ki, Tramp Britaniyanin daxili məsələlərinə təsir göstərərək, hadisələrin öz maraqlarına uyğun istiqamətdə inkişafına nail ola bildi. 

Hələ 2018-ci ilin noyabrında Britaniyanın o vaxtkı baş naziri Tereza Mey “breksit”ə dair Avropa Birliyi ilə razılaşmaya nail olmuşdu. Britaniyanın AB-dən çıxma planını quruma üzv olan bütün ölkələr bəyənmiş, hətta Britaniyanın Nazirlər kabineti bu planı təsdiq etmişdi. Həmin plana əsasən, “breksit” prosesi bu ilin mart ayında başlamalı və 21 ay davam etməli idi. Lakin Meyin planı parlametdən keçmədi və o, “Mən təəssüf edirəm ki, Britaniyanın Avropa İttiqanından çıxışını başa çatdıra bilmədim”,- deyərək, istefa verdi. 

Məhz həmin dövrdə Tramp verdiyi bəyanatda Tereza Meyin “breksit” planına qarşı çıxmış və Britaniyanın bu plana uyğun olaraq Avropa Birliyindən çıxacağı halda Amerika ilə ticarət razılaşması imzalaya bilməyəcəyini demişdi. ABŞ rəhbərinin narazı qaldığı məqam ondan ibarət idi ki, 21 aylıq “boşanma” müddətində Britaniya AB-yə üzv olmayan ölkə ilə ticarət müqaviləsi bağlaya bilməyəcəkdi. Belə çıxır, Vaşinqton Britaniyanın AB-dən daha tez qopmasında maraqlıdır. Bu, ondan xəbər verir ki, Vaşinqtonla Londonun hansısa birgə hərəkət planı mövcuddur. 

Başqa bir məqam ondan ibarətdir ki, 2019-cu ilin iyun ayında Britaniya səfəri zamanı Tramp Tereza Meyin mümkün varisinin adını da açıqlamışdı. O, Britaniyanın baş naziri postuna keçmiş xarici işlər naziri Boris Conson, ya da, hazırki xarici işlər naziri Ceremi Hantin layiq olduğunu bildirmişdi. Trampın layiq bildiyi namizədin baş nazir olması Britaniyada hazırda müxalifətdə olan leyboristlər partiyasının rəhbəri Ceremi Korbinin ABŞprezidentinin qəbuluna düşməyə can atmasının səbəbini açıq şəkildə ortaya qoyur. 

Beləliklə, “breksit”dən sonra Britaniya dünyanın ikinci ən zəngin iqtisadiyyatı olan AvropaBirliyinin bazarına maneəsiz çıxışdan məhrum olacaq, ancaq bunun əvəzinə ABŞ prezidenti Londona dünyanın 1-ci iqtisadiyyatının bazarına məhdudiyyətsiz çıxış imkanları vəd edir. Britaniya əsasən ərzaq məhsulları idxal etdiyi üçün yeni ticarət müqaviləsi ABŞfermerlərinə ixrac bazarı və əlavə gəlir mənbəyi qazandıracaq. Bu müqavilə Çin və Meksikayla ticarət əlaqələrinin pozulmasıyla hökumətin subsidiyalarına möhtac qalmış Amerika fermerləri üçün əsil hədiyyə olacaq. 

Britaniya AB-dən çıxmaqla bir tərəfdən ABŞ-la sərfəli ticarət müqaviləsi imzalamağa, digər tərəfdən, AB ölkələri ilə əvvəlki şərtlər daxilində müqavilələr imzalamağa nail olmağa can atır. Bu baş tutarsa, London ikiqat üstünlük əldə etməklə yanaşı, AB-yə üzv olmadığı üçün böyük miqdarda haqq ödəməkdən qurtulacaq və xarici siyasətdə müstəqillik qazanacaq. Məhz bu səbəbdən, London, “breksit”in bütün mənfi tərəflərinə baxmayaraq son nəticədə qazanan tərəf olacağı üçün plandan əl çəkmir. 

Tramp Britaniya ilə ticarət müqaviləsinin 1 il müddətinə hazırlanaraq, imzalanacağıni bildirib. Amerikada prezident seçkilərinə bir ildən bir az artıq vaxt qaldığını nəzərə alsaq, bu müqavilənin ikinci dəfə prezident seçilmək istəyən Ağ ev rəhbərinə əlavə xal qazandıracağını əminliklə demək olar. Tramp prezident seçiləcəyi halda 2021-ci ilə AB-dən tam çıxmış, Amerika ilə ticarət müqaviləsi olan Britaniya ilə çiyin-çiyinə verib, özünün planlarını reallaşdıra biləcək. 

Britaniyanı Avropa Birliyindən çıxmağa tələsdirən Vaşinqtonun hansı birgə planı ola bilər? İlk növbədə, Rusiya ilə bağlı vahid strategiyanın hazılanıb icra ediləcəyini əminliklə demək olar. Bunu deməyə əsas verən amil odur ki, Ukraynanın nüvə silahından imtina etməsi müqabilində ərazi bütövlüyünün toxunulmazlığına üç ölkə - ABŞ, Rusiya və Britaniyazəmanət vermişdi. Lakin Britaniyanın AB qanunlarına tabe olması onun müstəqil qərar verməsinə şərait yaratmırdı. Odur ki, bu məsələ üçlü formatda yenidən gündəmə gətiriləcək. 

Digər tərəfdən, İranla bağlı daha sərt qərarlar qəbul oluna bilər. ABŞ ilə Britaniya vaxtilə İraqa qarşı təşkil etdikləri hücum planının başqa bir ölkəyə qarşı həyata keçirmələrinə artıq Avropa Birliyi mane ola bilməyəcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam