Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Separatçı silahlılar Ermənistan ordusuna qatılacaq -RƏSMİ AÇIQLAMA

 
"Qarabağın Müdafiə Ordusunun (Keçmiş separatçı rejimin silahlıları-red.) hərbi qulluqçuları Ermənistan Respublikası Silahlı Qüvvələrində xidmətini davam etdirə bilərlər".
Yenixeber.org: Bunu jurnalistlərə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan deyib.
O qeyd edib ki, "həmin hərbi qulluqçuların Ermənistan Respublikasının Müdafiə Nazirliyində xidmətə başlaması bizim üçün arzuolunan olardı. Çünki bunlar bizim soydaşlarımızdır və öz təcrübələri, hərbi bilikləri ilə ölkənin Silahlı Qüvvələrinə fayda verə bilərlər".
Bildirilir ki, hazırda Müdafiə Nazirliyi vəziyyəti araşdırır və Ermənistan Silahlı Qüvvələrinin sıralarına qoşulmaq istəyən bütün hərbi qulluqçular bu imkanı əldə edəcəklər. Nazir müavini Qarabağdan qaçan silahlı birləşmələrin üzvlərini əmin edib ki, nazirlik Qarabağdan olan hərbçilərlə əlaqə saxlayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam