Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Putin Xəlifə Haftarla görüşüb

Putin Xəlifə Haftarla görüşdü

Rusiya prezidenti Vladimir Putin Moskvada Liviya Milli Ordusunun baş komandanı Xəlifə Haftar ilə görüşüb.

Yenixeber.org: Bu barədə RIA agentliyi məlumat yayıb. 

Görüşdə Liviya və bütövlükdə regiondakı vəziyyət müzakirə edilib.

“Bəli, biz belə bir görüşün faktını təsdiq edirik. Həqiqətən də Haftarla görüş olub. Liviyadakı və bütövlükdə regiondakı vəziyyət müzakirə edilib”, - Kremlin sözçüsü Dmitri Peskov məlumatı təsdiqləyib.

Liviya Milli Ordusunun mətbuat xidmətinin məlumatına görə, Xəlifə Haftar Rusiyaya sentyabrın 26-da gəlib. O, müdafiə naziri Sergey Şoyqu ilə görüşüb, Moskva Katedral Məscidini ziyarət edib, burada Müsəlmanların Ruhani İdarəsinin sədri Ravil Qaynutdin, Rusiya Federasiyası müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski ilə görüş keçirib.

Yunus-Bek Yevkurov bu yaxınlarda iki dəfə Liviyanın şərqinə səfər edib. Avqust ayında o, XI Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı və Ordu-2023 hərbi-texniki forumunda Rusiya-Liviya danışıqları zamanı əldə olunan razılaşmaların inkişafı çərçivəsində Xəlifə Haftarın dəvəti ilə Benqaziyə səfər edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam