CHP-nin qurultay bu tarixdə olacaq -AÇIQLAMA
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultay keçirəcəyi tarix məlum olub.
Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Partiya Məclisi qərar qəbul edib.
Qərara görə, qurultay tarixi kimi 4-5 noyabr müəyyən olunub. Ayın 4-də partiya sədrinin, 5-də isə məclis üzvlərinin seçilməsi üçün seçkilərin təşkili nəzərdə tutulub.
CHP parlament fraksiyasının rəhbəri Özgür Özel sədrliyə namizədliyini elan edib.
Qeyd edək ki, bu il 100 yaşını qeyd edən CHP-nin qurucusu Mustafa Kamal Atatürkdür. Partiya dünyanın ən qədim siyasi təşkilatlarından hesab olunur.