100 il əvvəlki dünyanın ən demokratik seçkisi –TARİXİ ARAŞDIRMA
Yeganə Kamal Cabbarlı
Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə parlamentin ilk iclasındakı çıxışına daha sonra belə davam edir:
Yenixeber.org: - Qüvvətlə inanıram ki, artıq milləti öldürmək, millətin hüququnu pamal etmək qətiyyən mümkün deyildir. Qaliblər də, məğlublar da “millətlərin hüququ təslim ediləməz” deyirlər (Alqışlar)... Biz azərbaycanlılar bütün mövcudiyyətimiz ilə kəndi müqəddəratımızı, kəndi istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərər isək, heç şübhəsiz ki, Azərbaycan cümhuriyyəti payidar olar. Fəqət, bunun üçün, təkrar edirəm, səbat və mətanət, fədakarlıq gərəkdir. Gərəkdir ki, biz kəndimizin istiqlala layiq olduğumuzu isbat edəlim. Bu oldumu, sizi əmin edirəm ki, kimsə hüququmuzu təslim etməmək cəsarətində bulunmaz. Hanki vicdandır ki, istiqlal istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (Alqışlar)...
...Əfəndilər! Mən buraya qədər sizə ümüdlü sözlər söylədim. Buna iman edirəm. Fəqət, nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməz isəm, vəzifəmi hüsn ifa etməmişəm deməkdir. Zaman ağır, gedəcəyimiz yol çox tikanlı və arizəlidir. İrəlidə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və sər mənzil məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kimi vətən və millət qayəsi qarşısında səqit qalan qərəzlər atılmalı, vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır. (Sürəkli alqışlar).
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında Məclisi-Məbusan iftitahındayıq. Azərbaycan bir atəş mənbəidir. Vətənimiz hər zaman kəndi sinəsində bir atəşi-müqəddəs bəsləmişdir. Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər şəkil ümid və iman təşkil eyləmişdir. O atəş ki, bu gün də sərvət və saman səbəbi və baisi-təməddüdündür. Qəvi bir atəş Azərbaycan övladının sinələrinə düşən milyonlar ilə bürkü yağan bu atəş əbədən sönməz, bir müşkül təşkil edib də, hürriyyət və istiqlalə doğru getdiyiniz maneəli yolları işıqlandırsın. (Sürəkli və uzun alqışlar). Bu atəşi sönməmək üçün əl-ələ verib, müttəhidən çalışalım, əfəndilər! Mən sizi belə bir ittihadə dəvət edirəm. (Alqışlar). (*AR DA,f.895,siy. 1,iş 1. vər.5-10)
“Möhtərəm Azərbaycan parlamenti əzası! Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür ki, yuxumuzda görməzdik, əqlimizə gəlməzdi. Bu gün o gündür ki, muxtariyyəti əlinizə aldınız. Hökumət vəkalətilə özümüzü də sizinlə bərabər təbrik edirəm. (Alqışlar)...
Bu sözlərlə çıxışa başlayan Rəisi vükəla və Daxiliyə naziri Fətəli Xan Xoyski sonda həm də Azərbaycan Cümhuriyyəti Hökumətinin “...yol göstərən işıqlı ulduzu bu şüar olmuşdur: “...Millətin Hüququ, İstiqlalı, Hürriyyəti! - söylədi. (*yenə orada)
Beləliklə, olduqca mürəkkəb bir tarixi şəraitdə son dərəcə gərgin fəaliyyətə qədəm qoyan Azərbaycan Parlamenti bu gənc dövlətin - Azərbaycan Cümhuriyyətinin varlığını, Azərbaycan xalqının qazanmış olduğu bu istiqlalı qorumaq üçün bir-birinin ardınca böyük dövlət əhəmiyyətli mühüm qərarlar qəbul etməyə başlayır. Cümhuriyyətin bir nömrəli vəzifəsi yeni hökumətin, Parlamentin təşkili məsələsi idi. Tam səlahiyyətə malik Parlamentin yığılması üçün isə Məclisi-Müəssisan seçkilərinin keçirilməsi zərurəti yaranmışdı.
Azərbaycan Milli Şurasının parlamentin təşkili barəsində verdiyi qanuna görə, parlament Milli Şura əzasından, ictimai müəssisələrdən və qəzalardan göndərilmiş nümayəndələrdən təşkil edilmişdi. Bu nümayəndələrin etimadnamələri var idi. Lakin bəzi hallarda həmin qanuna müvafiq olmayan etimadnamələrlə məclisə üzv göndərilənlər də olurdu ki, bu da seçkiləri şübhə altına almağa əsas verirdi. Bu vəziyyət parlament üzvləri arasında anlaşılmazlıq yaradırdı. Belə ki, ayrı-ayrı əyalət və qəzalarda seçkilər bəzən özbaşına, qanuna müvafiq olmadan aparılırdı. Qanun sahəsindəki boşluq göstərirdi ki, belə seçkilər heç də demokratik hesab edilə bilməzlər.
Parlamentdə Müəssisələr Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya fəaliyyət göstərirdi. Komissiyanın əsas vəzifəsi Məclisi-Müəssisanın yığılmasını həyata keçirmək olsa da, bunun ötəsində daha həssaslıqla yanaşdığı məsələ Məclis əzalarının seçki yolu ilə müəyyənləşdirilməsi idi. Seçkilərin sağlam bir şəkildə həyata keçirilməsi, qayda və əsaslarının, forma və üsullarının müəyyənləşdirilməsi vacib amil olduğundan, tezliklə parlament tərəfindən bu xüsusda bir “qanun” və “nizamnamə”hazırlanması qaçılmaz olmuşdu. Çünki “Seçki haqqında qanun”un olmaması İlk siyasi seçim olan Məclisi-Müəssisan seçkilərinin keçirilməsini mümkünsüz edirdi.
Bu məqsədlə Həsən bəy Ağayevin sədrliyi və Əhməd Cövdət bəyin katibliyi ilə keçirilən parlamentin 3-cü iclasında (15 dekabr 1918-ci il) “Məclisi-Müəssisan dəvəti üçün intixabat qanunu verəcək komisyon seçkisi” adlı məsələ müzakirəyə çıxarılır. Müzakirələr Məclisi-Müəssisanın necə təşkil olunmasını müəyyənləşdirmək ətrafında aparılırdı. M.Ə.Rəsulzadə komissiyaların təşkil olunması üçün hər fraksiyadan bir nəfər nümayəndə göndərilməsini təklif edir. Səfikürdski isə Məclisi-Müəssisanın seçki komissiyasının tərkibinin seçilməsi məsələsini təklif edir. Lakin Parlamentin idarə olunması üçün seçilmiş dörd komissiyanın tərkibinin müəyyənləşdirilməsi məsələsi vaxt tələb etdiyindən, məsələ müzakirəyə açıq qalır və başqa vaxta keçirilir. (*AR DA f.895,siy.1,iş 1, vərəq 29-36).
Komissiyaların (fəhlə, maliyyə və Məclisi-Müəssisan seçkilərinə layihə hazırlayan) seçkisi parlamentin beşinci iclasında (26 dekabr 1918-ci il) yenidən müzakirəyə çıxarılır. Sədr (Həsən bəy Ağayev) əqəliyyət təşkil edən millətlərdən Tsaxakayanın fəhlə, Koxmanın maliyyə və Vanseviçin isə Məclisi-Müəssisan seçkiləri üçün layihə tərtib komisyasına namizəd göstərildiklərini deyir və iclasın sonuna qədər komissiyaların təşkil olunmasının başa çatması üçün digər fraksiyalardan da öz namizədlərini vermələrini xahiş edir. Eyni zamanda, Parlamentin təklifini nəzərə alaraq öz səlahiyyətlərindən istifadə edib Fətəli Xan Xoyskiyə hökuməti təşkil etməyi tapşırır.
Həmin iclasda komissiyaların təşkili üçün digər fraksiyalar da öz namizədlərini verirlər: “İttihad”dan Maliyyə komissiyasına Mehdiyev; Məclisi-Məbusan seçkilərinə Qazi Əhməd Məmmədbəyov; Əmələ (fəhlə) komissiyasına Heybətqulu Məmmədbəyov; “Əhrar” fraksiyasından: Məclisi-Müəssisan seçkiləri komissiyasına Abdulla bəy Əfəndiyev; Maliyyə komissiyasına Hacı Molla Əhməd Nuruzadə; Fəhlə komissiyasına Bayram Niyazi Kiçikxanov; “Sosialistlər İttifaqı”ndan: Fəhlə komissiyasına Rza Qaraşov; Maliyyə-büdcə komissiyasına Məmməd Məhərrəmov; Məclisi-Müəssisan seçkiləri komissiyasına Cəmo bəy Hacınski; “Müsavat” fraksiyasından: Məclisi-Müəssisan seçkiləri komissiyasına Məmməd Əmin Rəsulzadə; Maliyyə komissiyasına Nərimanbəyov; Fəhlə komissiyasına Məlik Yeqanov; Sosial-demokrat fəhlə firqəsi “Hümmət” fraksiyasından: Fəhlə komissiyasına Əliheydər Qarayev; Maliyyə komissiyasına Əkbərağa Şeyxülislamov; Bitərəflər fraksiyasından: Fəhlə komissiyasına Abuzər bəy; Maliyyə komissiyasına Əliağa Həsənov; Məclisi-Müəssisan seçkiləri komissiyasına Teymur bəy Makinski.(*AR DA f.895,siy.1,iş 1, vər.50-57).
Beləliklə, 6 nəfər (Qazi Əhməd Məmmədbəyov, Abdulla bəy Əfəndiyev, Cəmo bəy Hacınski, Məmməd Əmin Rəsulzadə, Vanseviç, Teymur bəy Makinski) tərkibdən ibarət Məclisi-Müəssisan seçkiləri komissiyası təşkil olunur. Komissiya mart ayına qədər işini yekunlaşdırır və parlamentin 24-cü iclasında (17 mart 1919 – cu il) Məclisi-Müəssisan seçkilərini hazırlayan komissiyanının işlərini çap etdirməsi üçün 20 min rubl buraxılması ilə bağlı məsələ iclasın gündəliyində “20 min rublə təxsisi” adı ilə müzakirəyə çıxarılır. Komissiyanın rəisi Məmməd Əmin Rəsulzadənin adından ünvanlanmış müraciətdə deyilirdi:
“Azərbaycan Məclisi-Məbusanın Divani-Rəyasətinə. Məclisi-Müəssisan intixabları qanunu tərtib edən komisyon layiheyi-qanuniyyənin ilk qiraətini bitirmişdir. Məzkur layihənin tərcüməsi əzaya paylanmaq, mətbəədə təb olunacaq əsli hazırlatmaq üçün komisyonun qərarına təbəi Divani-Rəyasətə müraciətlə irəlidə Məclisi-Müəssisan intixablarına sərf olunmaq üçün ayrılacaq məbləğ hesabına iyirmi min rublənin təhti idarəmdə bulunan komisyon idarəsinə verilməsi üçün məclis hüzurunda təşəbbüsdə bulunmağımızı rica eylərəm”.
Məclisi-Məbusan maliyyə və büdcə komissiyasının 11 mart 1919-cu il tarixli iclasında qət olunur: “Məclisi-Müəssisana intixab komisyonunun tələb etdiyi iyirmi min rublə məzkur komisyona Məclisi-Müəssisana intixab məsarifi hesabına olaraq peşin buraxılsın”. Parlament Məclisi-Müəssisanın tezliklə dəvət olunması xatirinə həmin məbləğin qəbul olunmasını təklif edir və həmin təklif yekdilliklə qəbul edilir. (*“Azərbaycan” qəzeti,1919-cu il,19mart (№140);21mart (№142);27mart (№144);28 mart (№145);30 mart (№146);3 aprel (№149)).
Məclisi-Müəssisan seçkiləri haqqında qanun layihəsi 2-ci qiraətdə oxunub, qəbul olunması üçün (məruzəçi Məmməd Əmin Rəsulzadə) Parlamentin 36-cı (12 may 1919- cu il), 38-ci (15 may 1919 –cu il) iclaslarının gündəliyinə salınsa da, vaxt çatışmadığından, müzakirəyə çıxarılmır. Nəhayət, bu məsələ 39–cu (19 may 1919-cu il) iclasda M.Ə.Rəsulzadənin bəyanatı ilə qəbul olunur. Həmin qanun layihəsinin əsaslı müzakirəsi isə 43-cü iclasda (29 may 1919-cu il) baş tutsa da, gecə saat 2:45-dək davam edən iclasın gündəliyindəkdəki məsələlərin sıxlığı müzakirəni yekunlaşdırmağa imkan vermir. Beləliklə, Məclisi-Müəssisan seçkiləri haqqında qanun layihəsi parlamentin 46-cı iclasında (9 iyun 1919- cu il) 2-ci qiraətdə müzakirəsi davam etdirilir və 89 maddə səsə qoyularaq, əksəriyyət səslə qəbul edilir.
49-cu iclasda (19 iyun 1919-cu il) isə növbəti maddələr müzakirə olunur və 116 –cı maddə də daxil olmaqla, qanun layihəsi əksəriyyət səslə qəbul edilir və layihənin 3–cü qiraəti gələn iclaslara saxlanılır. Nəhayət, layihə 57-ci iclasda (21 iyul 1919 – cu il) 3-cü oxunuşda qəbul olunur.
Həmin iclasda layihənin 10–cu maddəsinə görə, 21 nəfərdən ibarət seçki komissiyasının təşkil olunması məsələsi də gündəmə gətirilir. Lakin komissiyanın təşkili yalnız 65–ci iclasda (17 avqust 1919-cu il) baş tutur. Komissiya Məclisi-Məbusandakı məbus qruplarının ədədinə nisbətlə, yəni hər dörd adama bir nümayəndə verməklə müəyyənləşdirilir. Komissiyanın tərkibi səsə qoyulur: 36 nəfər lehinə, 4 nəfər əleyhinə və 1 nəfər bitərəf qalmaqla qəbul edilir.
Seçki qanununu hazırlamaq üçün vəzifələndirilən komissiyanın əsas vəzifəsi Məclisi–Müəssisanın toplanmasını təşkil etmək idi. Komissiya Məclisi-Məbusan üzvlərinin seçimlə və ya təkliflə müəyyən edilməsinin üzərində ciddi-cəhdlə çalışmışdı. Məclis üzvlərinin seçilməsi üçün müxtəlif komissiyalar yaradılmış və səs sayı “Əsas qanun”un maddələrinə uyğun baş komissiyanın təsdiqinə verilmişdi. Aparılan səsvermədə səs çoxluğu “üzvlərin seçki vasitəsilə təyin edilməsini” təsdiqləmişdi.
Həmin qanun Azərbaycanın bütün bölgələrində seçki qaydalarını təsbit etmək məqsədilə “Azərbaycan Cümhuriyyəti Məclisi - Müəssisan Seçkiləri Haqqında Qanun” adıyla ölkə ərazisinə paylanılır.
Qanunda seçki qayda və əsasları, həmçinin, seçicilər üçün vacib şərtlər şərh edilirdi.
Seçkilər xüsusi komissiyalar tərəfindən idarə edilirdi: Azərbaycan Məclisi – Müəssisan Mərkəzi İntixab Komisyasına 21 nəfər seçir və həmin 21 nəfər öz içərisindən sədr, müavin, katib və xəzinədar təyin edir. Mərkəzi İntixab Komissiyasına namizədlər siyahısı daxil olduğu gündən etibarən komissiya üzvü haqqına malik olmaq üzrə namizədlər siyahısı vermiş siyasi firqə, yaxud qrupların hər birindən yalnız bir nümayəndə daxil olur. Mərkəzi komissiyadan başqa, qəza, şəhər və kənd icma komissiyaları da təşkil olunur. Qəza komisyonlarında Məclisi-Müəssisan əzası fərqli sayda təşkil olunur: Bakı qəzasında 9 əza, Gəncə, Şəki, Şuşaqəzalarında 7 əza və yerdə qalan qeyri qəzalarda isə 5.
Zaqatala, Quba nayihəsində seçkiləri əza komissiyası haqq və səlahiyyəti daşımaq ixtiyarı verilən Zaqatala quberniyası Seçki Komissiyası idarə edir. Qəza seçki komissiyalarını bələdiyyə idarələri, belə idarələr olmadıqda isə məhkəmə hakimləri, qəza təbibi və Maarif Nazirliyinin mahaldakı ən yuxarı vəzifə sahibi – xalq məktəbləri müfəttişi və ya rüşdiyyə məktəbi naziri, bunlar olmasa, maliyyə müfəttişi və əgər o da yoxdursa, meşəbəyi və iki mötəbər şəxsdən ibarət üç məmurun dəvətilə təşkil edilir.
Komissiyalar kiçikdən böyüyə ötürmək şərtilə seçkilərin nəticələrini və seçkilərə dair ümumi işləri Mərkəzi Cümhuriyyət Komissiyasına, Mərkəzi Komissiya isə Məclisi-Məbusana təqdim edir.
Azərbaycan Cümhuriyyətinin Seçki qanuna görə, cümhuriyyət daxilində Məclisi-Müəssisan seçkilərin keçirilməsi üçün bir seçki dairəsi qurur. “Seçki qanununun surəti tətbiqinə dair Nizamnamə” isə məbus ola bilmə şərtlərini müəyyənləşdirərək, hər bölgədən neçə məbus seçiləcəyini qərarlaşdırırdı. Hər bir əyalətdən, qəza və şəhərdən neçə nəfər məbus seçilməsi əraziyə və onun vaciblik dərəcəsinə görə təsbit edilirdi.
17 avqust 1919-cu il tarixli “Məclisi-Müəssisan seçkiləri haqqında Qanun” Azərbaycanda seçki hüququna yeni və vacib normalar gətirirməklə, həm də aşağıdakı nəticələrə gəlməyə əsas verir:
* Cümhuriyyətin Parlamenti çağırılanda seçki haqqında qanun və nizamnamə yox idi;
*Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından “Müraciətnamə” qəbul edilmişdi (29 noyabr 1918 – ci il);
*Müsəlmanlardan 44 nəfər Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildiyi üçün yeni Parlamentə üzv qəbul edilir. Qalan yerlərə isə 36 nəfər əlavə şəxs qəbul olunur;
*Parlamentin 120 nəfərdən ibarət formalaşdırılıması qərara alınır: 80 nəfəri müsəlman, 40 nəfəri qeyri – müsəlman əhali;
* Seçki haqqında Qanun Parlamentin 21 iyul 1919–cu il tarixli (57–ci), Nizamnamə isə 17 mart 1919 – cu il tarixli (24 – cü) iclaslarında qəbul edilmişdir;
* Seçki haqqnda Qanun 1909 və 1914 – cü il Məcəlleyi-qəvanın (Qanunlar Məcmuəsi) müəyyən maddələrinə istinadən hazırlanmışdır;
Seçki haqqında qanuna görə:
* Seçkilərdə ən aşağı yaş senzi 20 yaş idi;
* Seçkilər ümumi və bərabərhüquqlu idi;
* Səsvermə gizli aparılırdı;
* Seçkilər cinsi fərq qoyulmadan hamıya açıq idi;
* Qadınların seçmək hüququ var idi;
* Seçkilərdə bütün vətəndaşların iştirakı təmin olunmuşdu; xidməti mövqeyindən asılı olaraq, vəzifə sahibləri və məmurlar fərqli seçki haqqına (yalnız seçmək və ya yalnız seçilmək ) malik idi;
* Seçkidə iştirak haqqı fiziki vəziyyətinə görə (lal, kar və qəyummluqda olanlar) müəyyənləşdirilir;
* Cəza qanunnaməsi ilə cinayət məsuliyyəti daşıyanlar, o cümlədən, digər məhkəmə qərarıyla cəzalandırılanlar xüsusi təyin olunmuş vaxt dolmadığı müddətcə seçki hüququndan məhrum edilirlər;
*Seçkilərdə yalnız ərazi üzrə məntəqə seçki siyahısında qeydiyyata alınanlar səs verə bilər;
*Namizəd siyahılarından hər biri ən azı 100 nəfər seçkiyə iştirak hüququna malik seçici tərəfindən imzalanmalıdır;
*Hər bir seçici yalnız bir siyahıya imza ata bilər;
* Seçkilər Məclisi-Məbusan təyin etdiyi ay və gündən başlayaraq 3 gün davam edir;
* Seçkilərdə siyasi partiyalar,firqələr və müxtəlif ittifaq qrupları iştirak edir.
Beləliklə, Cümhuriyyət dövründə Azərbaycanda seçki sisteminin inkişafının təhlili göstərir ki, bu, o zamankı dünyanın ən demokratik seçkilərindən biri olmuşdu. Azərbaycan Cümhuriyyəti Məclisi-Müəssisan seçkiləri ilə milli seçki hüququnun əsası qoyuldu və ölkədə mütənasib nümayəndəçilik sistemi bazası əsasında mütərəqqi dəyərlərə söykənən seçki sistemi təşəkkül tapmağa başladı.
Yeganə Kamal Cabbarlı (azvision)