Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Baş nazirin istefası tələb olunur

Gürcüstanda Baş nazirin istefası tələb olunur
“Gürcüstan naminə Lelo” müxalifət partiyası hökumət təyyarəsindən şəxsi məqsədləri üçün istifadə etdiyi iddia edilən baş nazir İrakli Qaribaşviliyə qarşı impiçment proseduruna başlamağı planlaşdırır.
Yenixeber.org: Bu barədə partiyanın siyasi şurasından məlumat verilib.Çarter reysi ilə bağlı məlumatlar gürcü cəmiyyətində səs-küyə səbəb olub. Çoxları hesab edir ki, respublikanın hökumət başçısının maaşı ona belə imkanı vermir. Gürcüstanın müxalif “TV Pirveli” telekanalı şənbə günü baş nazirin hökumət təyyarəsi ilə ABŞ-yə getdiyini bildirib. Uçuş avqustun 19-da baş tutub.
İndi hökumət rəhbərinin impiçment proseduruna başlamaq üçün 150 deputatdan 50-si Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət etməlidir. Qurum bir ay ərzində məmurun qanunu pozduğunu müəyyən edərsə, parlament iki həftə ərzində impiçment qərarına baxmalıdır. Baş nazir səs çoxluğu ilə vəzifəsindən azad edilə bilər.
Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə Qaribaşvilinin ABŞ-də olduğunu göstərən fotoşəkil yayılıb. Gürcüstan hökumətinin Strateji Kommunikasiyalar Departamenti bu məlumatı təsdiqləyərək, kabinet rəhbərinin Pensilvaniya Universitetinə daxil olan oğlunun yanında olduğunu qeyd edib. Departament onun ABŞ-yə şəxsi səfəri üçün çarter reysindən istifadə etdiyini vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam