Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Priqojinin dəfninə hazırlıq gedir -Putin iştirak etməyəcək

Sankt-Peterburqda Priqojinin dəfninə hazırlıq gedir

Rusiyanın Sankt-Peterburq şəhərində "Vanqer" muzdlularının rəhbəri Yevgeni Priqojinin dəfninə hazırlıq gedir.

Yenixeber.org: Məlumata görə, səhər saatlarında Serafimovskoye qəbiristanlığının girişində metal detektorlar quraşdırılıb. Oraya əlavə polis qüvvələri də cəlb edilib. Qəbiristanlığa foto və video kamerası olan şəxslər buraxılmır. Yerli sakinlər əmindirlər ki, əlavə təhlükəsizlik tədbirləri Priqojinin orada dəfn olunması ilə bağlıdır.

"Rotonda" nəşri isə yazır ki, hətta bir gün əvvəl Priqojinin tərəfdaşları onun dəfn olunma tarixi və vaxtı barədə hakimiyyətə məlumat verməkdən imtina ediblər: “Görünür, axşama yaxın vəziyyət dəyişib və məmurlar özləri jurnalistlərə məlumatın məxfi olduğunu deməyə başlayıblar”.

Kreml prezident Vladimir Putinin Priqojinin dəfn mərasimində iştirak etməyəcəyini açıqlayıb.

“Priqojinin dəfn mərasimində prezidentin iştirakı nəzərdə tutulmayıb. Dəfn mərasimləri ilə bağlı konkret məlumatımız yoxdur. Yenə də bu məsələ ilə bağlı qərarı qohumlar və dostlar verir. Burada onlarsız heç nə deyə bilmərik”, - Putinin mətbuat katibi Dmitri Peskov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam