Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzulidə yas mərasimləri, ehsan süfrələri

Füzulidə yas mərasimləri, ehsan süfrələri

Füzulidə yas mərasimləri, ehsan süfrələri

2014-cü ilin avqust ayından etibarən Füzuli rayonunda yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, islami qaydalara uyğun, sadə və israfsız keçirilir. Rayonda ehsan süfrələrində çay, qənd, halva, yuxa, xurma, su və limon verilməsi məqsədəuyğun sayılır. Yas mərasimlərində israfçılığın qarşısının alınması, ehsan süfrələrinin sadə, islami qaydalara uyğun keçirilməsi rayon ictimaiyyəti tərəfindən də birmənalı olaraq müsbət qarşılanır. Ehsan məclislərinin təmtəraqdan uzaq, israf etmədən keçirilməsi sadə vətəndaşları maddi cəhətdən də rahatladır. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 6-8 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 600-800 manatla yola vermək olur.

Rayonun axundu Nəriman Nəsirov deyir ki, son 5 ilə yaxın dövrdə rayonda 800-dən artıq yas mərasimi olub ki, həmin yas mərasimlərində ehsan süfrələri sadə, israfçılıqdan uzaq islami qaydalara uyğun keçirilib. Nəticədə orta hesabla rayonda 4.5 milyon manatdan artıq vəsaitə qənaət olunub ki, həmin vəsaiti vətəndaşlar digər sosial problemlərinə sərf ediblər.

Rayon sakinləri deyirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi ilə onlara əvvəlki kimi maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və qəbrin götürülməsi kimi işlərini də yerinə yetirirlər.

Füzuli rayonunda ehsan süfrələrinin sadə, islami qaydalara uyğun, israfçılıqdan kənar keçirilməsi isə ərazidə aparılan dini maarifləndirmə işləri və bu məsələ ilə bağlı dini hökmlərin tələblərinin əhaliyə düzgün izah olunması ilə mümkün olmuşdur. Bu məsələdə xüsusilə rayonun din xadimləri, ağsaqqallar və ziyalılar insanları dini yöndən maarifləndirir, əhali arasında dini təbliğat işləri aparırlar. İnsanlarda artıq yas mərasimlərinin məhz bu cür israfçılıqdan kənar, sadə islami qaydalara uyğun keçirilməsinin ictimai və sosial sifariş olması qənaəti formalaşıb.

Rayonda yas mərasimlərinin keçirilməsi ilə bağlı heç kimə təzyiq də edilmir, bu məsələdə yalnız İslamın tələbləri insanlara izah olunur. İzah olunur ki, dini nöqteyi nəzərdən vəfat edən müsəlman üçün vacib olan dörd əməl vardır. Bunlar– qüsl, kəfən, cənazə namazı və dəfndir.

Füzuli rayonunun axundu Nəriman Nəsirov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam