Moldova İrana qarşı Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalara qoşulub.
Yenixeber.org: Bu barədə Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndəsi İqor Zaxarova bildirib.
Qeyd olunur ki, sanksiyalara səbəb İranın Rusiyaya hərbi yardımıdır.
“Moldova Aİ-nin demək olar ki, bütün sanksiyalarına qoşulur”, – XİN rəsmisi deyib.
Avropa İttifaqı Moldovanın bu qərarını alqışlayıb.