Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Qadınlara qarşı cinayətlərin sayı ARTIB

 Bu il 12320 nəfər cinayət törətmiş şəxs müəyyən edilib, 9723 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub. 

Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, cinayət məsuliyyətinə cəlb olunmuşların 60,4 faizi əmək qabiliyyətli yaşda olub heç bir yerdə oxumayan və işləməyənlər, 25,6 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir. 

Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,1 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 1,9 faiz təşkil edib. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun ayları ərzində qadınlar tərəfindən və onların iştirakı ilə törədilmiş cinayətlərin sayı müvafiq olaraq 8,4 faiz və 13,7 faiz artıb. Həmin dövrdə qadınlara qarşı törədilmiş cinayətlərin sayı isə 9,0 faiz artıb. Əvvəlki ilin müvafiq dövrünə nisbətən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərin sayında 17,8 faiz artım, lakin onların iştirakı ilə törədilmiş cinayətlərin sayında isə 16,4 faiz azalma müşahidə olunub. Həmin dövrdə yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş cinayətlərin sayı 0,7 faiz artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam