Əsəd Ərdoğanla görüş barədə DANIŞDI
Suriya prezidenti Bəşər Əsəd Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşməsi ilə bağlı danışıb.
Yenixeber.org:Əsəd bu mövzuya "Sky News Arabia"ya müsahibəsi zamanı toxunub.
"Ərdoğanla onun şərtləri altında görüşmək ola bilməz", - Əsəd qeyd edib.
O, ölkəsinin ərazisindən istifadə olunmaqla narkotik ticarətinin həyata keçirilməsində "Suriyada xaos yaradan ölkələr"i günahlandırıb.
Qeyd edək ki, Ərdoğan Əsədlə görüşməyə qapalı olmadığını bildirmişdi.